Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duran regionda baş verən son hadisələrdən sonra Türkiyəni hədəf alan dezinformasiya və psixoloji əməliyyat fəaliyyətlərinə qarşı qətiyyətli addımların atıldığını açıqlayıb. Duran bildirib ki, xüsusilə İrana qarşı hərbi əməliyyatların başladığı ilk anlardan etibarən bəzi sosial media hesabları vasitəsilə cəmiyyətdə qorxu, təşviş və inamsızlıq yaratmaq məqsədilə sistemli paylaşımlar edildiyi müəyyən olunub. Bu rəqəmsal manipulyasiya cəhdlərinin qarşısını almaq məqsədilə daxili cəbhəni hədəf alan 41 sosial media hesabına (X, Facebook və Instagram) giriş məhdudlaşdırılıb, həmçinin 75 provokativ məzmun rəqəmsal platformalardan tamamilə silinib.
#kiberhücum
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son 5 gün ərzində kiber cinayətkarlıqla mübarizə çərçivəsində keçirilən əməliyyatlarda 259 şübhəlinin yaxalandığını açıqlayıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, kibercinayətlərlə mübarizə çərçivəsində 59 vilayətdə 10 gündür davam edən əməliyyatlarda 539 şübhəlinin saxlanıldığını açıqlayıb. Nazir Yerlikaya sosial media hesabında paylaşdığı açıqlamada, əməliyyatların Türkiyə Daxili İşlər Nazirliyinə bağlı Polis Baş İdarəsinin Kibercinayətlərlə Mübarizə İdarəsi və Mali Cinayətləri Araşdırma Şurası (MASAK) tərəfindən həyata keçirildiyini bildirib.
Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya açıqlayıb ki, Sinop mərkəzli 6 vilayətdə keçirilən kiber cinayətlər əməliyyatlarında 32 şübhəli saxlanılıb, onlardan 30-u həbs edilib. Əməliyyatlar “cinayət törətmək məqsədilə təşkilat yaratmaq” və Futbol və Digər Bahis Yarışlarında Bahis və Şans Oyunlarının Tənzimlənməsi Qanununa zidd fəaliyyət ilə bağlı aparılıb. Saxlanılan şəxslərin hesablarında ümumilikdə 524,5 milyon TL-lik əməliyyat hərəkəti aşkar olunub.
Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya ölkə üzrə keçirilən kiber cinayət əməliyyatlarında 61 şübhəlinin saxlanıldığını açıqlayıb. Nazir Yerlikaya X sosial media hesabında yayımladığı açıqlamada bildirib ki, Erzurum, Ankara, Van, Şanlıurfa, Ordu, Kahramanmaraş, Sinop, Ağrı və Giresun mərkəzli əməliyyatlarda, ümumilikdə 200 milyon lirəlik maliyyə dövriyyəsinə malik kiber şəbəkə çökdürülüb.
Üç rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların analizi nəticəsində 650 kiberhücum indikatoru müəyyən edilib. AzerVoice bu barədəXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir.Bildirilib ki, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb.
Türkiyədə son beş gündə həyata keçirilən genişmiqyaslı əməliyyatlarda kiber cinayətkarlığa ağır zərbə vurulub. Rəsmi açıqlamada bildirilib ki, 18 şəhərdə həyata keçirilən əməliyyatlarda 170 şübhəli saxlanılıb, onlardan 55 nəfər barəsində həbs qərarı çıxarılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər qanunsuz mərc və qumar oyunları təşkil edərək bu fəaliyyətlərə dair internet saytlarında pul köçürmələrinə vasitəçilik edib, həmin saytların reklamını aparıblar. İstintaq materiallarına əsasən, bəzi şəxslərin vətəndaşların mobil bank xidmətlərinə müdaxilə edərək qanunsuz qazanc əldə etdiyi müəyyən olunub. Əməliyyat nəticəsində çoxlu sayda rəqəmsal material da ələ keçirilib.
“Microsoft” serverlərinə qarşı həyata keçirilən kiberhücum ABŞ-ın dövlət qurumları və özəl sektoruna təsir göstərib.
Kiberhücum nəticəsində bəzi müştəri məlumatları oğurlanıb