BAKI,VOA,Yusif Şərifzadə
İsrailin Mədəniyyət və İdman naziri Miki Zohar ABŞ-ın İranla əldə etdiyi razılaşma səbəbilə İsrail və Vaşinqton arasında yaxın zamanda gərginlik yarana biləcəyini bildirib.
VOA xəbər verir ki, o bu açıqlamanı İsrailin Ynet xəbər saytına müsahibəsində verib.
Zohar ABŞ-ın İranla danışıqlar aparma tərzini tənqid edərək, Vaşinqtonun qarşı tərəfin mahiyyətini düzgün qiymətləndirmədiyini iddia edib.
Nazir bildirib ki, ABŞ İsrail ilə “toqquşma kursuna” girə bilər və bu halda İsrailin cavabı avtomatik olmayacaq, qərarlar milli təhlükəsizlik maraqlarına əsaslanacaq.
O, həmçinin ABŞ–İran memorandumunun nüvə məsələsini həll etməyəcəyini və münaqişənin yenidən alovlana biləcəyini qeyd edib.
Zoharın sözlərinə görə, razılaşma nüvə silahı problemini aradan qaldırmaq üçün yetərli deyil və “müharibə mərhələsi düşündüyündən daha tez qayıda bilər”.
Açıqlamalar İsraildə ABŞ administrasiyasının siyasətinə artan tənqidlər fonunda səslənib.