BAKI,VOA,Yusif Şərifzadə
Livan parlament üzvləri ölkənin cənubunda baş verən dağıntıların sənədləşdirilməsi üçün BMT ilə birgə xüsusi qrup yaradıldığını açıqlayıblar.
VOA xəbər verir ki, bu barədə “mülki mülkiyyətin qorunması və sistemli dağıntının qarşısının alınması üzrə parlament komissiyası” məlumat yayıb.
Komissiya üç deputatdan ibarətdir və onların təşəbbüsü ilə BMT nümayəndələrinin bölgəyə səfərləri və görüşləri təşkil olunacaq.
Məqsəd 2023-cü ildən bəri Livanın cənubunda baş verən “sistemli dağıntıların” sənədləşdirilməsi və beynəlxalq hesabatların hazırlanmasıdır.
Livan mediasının yazdığına görə, layihə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının müraciətindən sonra formalaşdırılıb.
MP Əşrəf Baydun bildirib ki, yaradılan qrup təxminən dörd ay fəaliyyət göstərəcək və sahə araşdırmaları aparacaq.