BAKI,VOA, Fərid Mikayılov
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İranın müharibənin dayandırılması ilə bağlı təklifə cavabını bu gün alacağını gözlədiyini bildirib.
VOA xəbər verir ki, Rubio Romada jurnalistlərə açıqlamasında İranın cavabının ciddi danışıqlar prosesinə yol aça biləcəyinə ümid etdiklərini deyib.
ABŞ dövlət katibi bildirib ki, cavabın məzmunu növbəti mərhələnin müəyyən olunması baxımından mühüm əhəmiyyət daşıyacaq.
Qeyd edək ki, son günlər Vaşinqton və Tehran arasında mümkün razılaşma ilə bağlı diplomatik təmasların intensivləşdiyi bildirilir.