BAKI,VOA, Fərid Mikayılov
ABŞ hərbi rəhbərliyi Prezident Donald Trampa İranla bağlı yeni hərbi planlar təqdim edib.
VOA xəbər verir ki, keçirilən qapalı brifinqdə Mərkəzi Komandanlığın rəhbəri Bred Kuper və Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn iştirak edərək mümkün əməliyyat ssenarilərini izah ediblər.
Bildirilib ki, təxminən 45 dəqiqə davam edən müzakirələrdə əsas diqqət ABŞ-ın növbəti addımları və İran əleyhinə mümkün zərbə variantlarına yönəlib.