Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Rusiyada təhsil müəssisəsinə silahlı hücum olub

    11 Fevral 2026 20:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rusiyada təhsil müəssisəsinə silahlı hücum olub
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Rusiyanın Anapa şəhərindəki texnikumlardan birində tələbə odlu silahdan atəş açıb.

    AzerVoice xəbər verir ki, Krasnodar diyarı Daxili İşlər İdarəsinin məlumatına görə, hadisə təhsil müəssisəsinin foyesində baş verib.

    Bölgə qubernatoru Veniamin Kondratyevin verdiyi məlumata görə, hücum nəticəsində bir nəfər — binaya girişi bağlayaraq cinayətkarın içəri keçməsinə mane olan mühafizəçi həlak olub. Atışma zamanı daha iki nəfər orta dərəcəli xəsarətlər alıb, yaralananlardan birinin tələbə olduğu bildirilir. Zərərçəkənlərin dəqiq sayı dəqiqləşdirilir.

    İlkin məlumatlara görə, hücumu həmin texnikumun 17 yaşlı tələbəsi İlya O. törədib. O, qohumuna məxsus ov tüfəngini oğurlayaraq onlarla patronla birlikdə təhsil müəssisəsinə gəlib. Şahidlərin bildirdiyinə görə, gənc oğlan binada ən azı beş atəş açıb və hadisə yerinə gələn "Rosqvardiya" əməkdaşları tərəfindən saxlanılıb. Hadisədən iki gün əvvəl İlya O. sosial şəbəkə hesablarında əvvəllər oxşar cinayətlər törətmiş şəxslərin foto və videolarını paylaşaraq anons veribmiş.

    Qeyd edək ki, bu, ilin əvvəlindən bəri Rusiyada yeniyetmələrin təhsil müəssisələrinə etdiyi artıq beşinci silahlı hücumdur. Yanvar və fevral aylarında Nijnekamsk, Kodinsk, Ufa və Krasnoyarsk şəhərlərində də bıçaq, çəkic və pnevmatik silahlarla bənzər hadisələr qeydə alınıb. Hüquq-mühafizə orqanları hadisənin motivlərini araşdırır, faktla bağlı cinayət işi açılıb.

    #Bakı #Anapada texnikumda atışma: Mühafizəçi həlak oldu #yaralılar var #Rusiyada növbəti məktəb terroru: 17 yaşlı tələbə ov tüfəngi ilə hücum etdi #Anapa texnikumunda qanlı hadisə: Silahlı yeniyetmə saxlanıldı #Rusiyada təhsil müəssisələrinə hücumlar artır: Anapada son vəziyyət #Mühafizəçi özünü qurban verərək tələbələri xilas etdi: Anapa faciəsi #AzerVoice: Anapada texnikumda silahlı insident baş verib #Rusya'da okul saldırısı: Anapa'da bir öğrenci dehşet saçtı #Teknik okulda silahlı saldırı: Kahraman güvenlik görevlisi hayatını kaybetti #Rusya'da artan okul şiddeti: 17 yaşındaki saldırgan yakalandı #Anapa'da teknik okulda ateş açıldı: Ölü ve yaralılar var #Saldırganın sosyal medya paylaşımları ortaya çıktı: Katliam planı #Rusya'da eğitim kurumlarına yönelik 5. saldırı: Anapa şoku
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Bakıda “Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisi keçiriləcək

    20 Avqust 2026 14:37

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

    19 Avqust 2026 19:58

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12

    Rusiya səfiri XİN-ə çağırıldı

    18 Avqust 2026 13:23

    Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

    18 Avqust 2026 11:43

    Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib

    14 Avqust 2026 11:14

    Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

    14 Avqust 2026 10:19

    Suriya altı ayda Azərbaycandan 194 milyon dollarlıq təbii qaz alıb

    13 Avqust 2026 12:05

    Dərnəgül deposunun tam istismara veriləcəyi tarix açıqlanıb

    13 Avqust 2026 11:19
    XƏBƏR LENTİ

    Əsəd rejiminin daha iki yüksək rütbəli zabiti saxlanıldı

    ABŞ Asiyada Çinə qarşı zəifləyir?

    QatarEnergy yeni LNG tankerini istifadəyə verib

    Əlcəzairdə meşə yanğınları niyə nəzarətdən çıxır? 12 nəfər öldü

    Türk donanmasında PUA inqilabı - KALKAN korvet və desant gəmilərinin göyərtəsində

    İsrailin Livana zərbələri davam edir

    Netanyahu üçün həyəcan siqnalı - Likud seçkilərdə məğlub ola bilər

    Robert Köçəryan həbs edildi

    Napoleon niyə Misirdəki ordusunu qoyub gizlicə Parisə qaçdı?

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.