#Anapada texnikumda atışma: Mühafizəçi həlak oldu

Rusiyanın Anapa şəhərindəki texnikumlardan birində tələbə odlu silahdan atəş açıb. Krasnodar diyarı Daxili İşlər İdarəsinin məlumatına görə, hadisə təhsil müəssisəsinin foyesində baş verib. Bölgə qubernatoru Veniamin Kondratyevin verdiyi məlumata görə, hücum nəticəsində bir nəfər — binaya girişi bağlayaraq cinayətkarın içəri keçməsinə mane olan mühafizəçi həlak olub. Atışma zamanı daha iki nəfər orta dərəcəli xəsarətlər alıb, yaralananlardan birinin tələbə olduğu bildirilir. Zərərçəkənlərin dəqiq sayı dəqiqləşdirilir.