BAKI,VOA
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
VOA xəbər verir ki, görüş zamanı, son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.
Xüsusilə, 13 avqust 2026-cı il tarixində “Çastota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib.
Bununla yanaşı, 7 avqust tarixində “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı səsləndirilən cəfəngiyyat, 9 avqust tarixində “YouTube” platformasında, 16 avqust tarixində isə “Spas” telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materialın yayımlanması və təxribatçı fikirlərin səsləndirilməsi xatırlanıb.
Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi, Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.
Azərbaycan tərəfinin dəfələrlə sözügedən fəaliyyətlərin qarşısının alınmasına dair çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsimə baxmayaraq, analoji ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq doğurduğu bildirilib.
Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi barədə gözləntimiz bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.
أزمة دبلوماسية إعلامية: أذربيجان تطالب روسيا بإجراءات عاجلة لوقف التهديدات والتحريض
وذكرت وكالة VOA أنه جرى خلال اللقاء إبلاغ الجانب الروسي بقلق أذربيجان البالغ واحتجاجها الشديد إزاء التصريحات الاستفزازية والمسيئة والتهديدات التي أُطلقت مؤخراً في الفضاء الإعلامي والمعلوماتي لروسيا الاتحادية ضد جمهورية أذربيجان والشعب والقيادة الأذربيجانية.
وجرى لفت الانتباه بشكل خاص إلى العبارات المسيئة التي طالت الدولة والشعب والقيادة في أذربيجان خلال برنامج بث في 13 أغسطس 2026 ضمن مشروع "تردد الفهم"
علاوة على ذلك، ذُكّر الجانب الروسي بالمزاعم الباطلة التي بُثت عبر راديو "سبوتنيك" في 7 أغسطس بشأن إدراج القيادة الأذربيجانية ضمن "قائمة الإرهابيين والمتطرفين في روسيا"، إضافة إلى نشر مواد مسيئة وتصريحات استفزازية جديدة استهدفت قيادة أذربيجان عبر منصة "يوتيوب" في 9 أغسطس، وعلى قناة "سباس" التلفزيونية في 16 أغسطس.
وشددت الخارجية على رفضها القاطع لمناقشة إمكانات التدخل في العمليات السياسية الداخلية للدولة الأذربيجانية، وإطلاق دعوات تحرض على العنف الجسدي ضد الشعب والقيادة الأذربيجانية.
وأُشير إلى أنه على الرغم من الدعوات المتكررة من الجانب الأذربيجاني لوقف مثل هذه الأنشطة ومناقشة القضية على مستويات سياسية مختلفة، فإن استمرار هذا الخطاب بنبرة أكثر حدة يثير قلقاً بالغاً.
وجددت باكو خلال اللقاء تأكيد توقعاتها باتخاذ إجراءات عاجلة وفعالة لوضع حد لخطاب الاستفزاز والتهديد والتحريض على العنف الموجه ضد أذربيجان في الفضاء الإعلامي والمعلوماتي الروسي.