Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İranla bağlı “çox güclü variantları” nəzərdən keçiririk – Tramp

    12 Yanvar 2026 14:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranla bağlı “çox güclü variantları” nəzərdən keçiririk – Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda getdikcə artan iğtişaşlara cavab olaraq bir sıra tədbirləri, o cümlədən mümkün hərbi variantları nəzərdən keçirir.

    AzerVoice xəbər verir ki, bu açıqlama İranda hökumət əleyhinə kütləvi etirazların davam etdiyi bir vaxtda verilib.

    Tramp prezident təyyarəsində jurnalistlərə açıqlamasında, İranın əvvəllər elan etdiyi “qırmızı xətti” – yəni etirazçıların öldürülməsi həddini keçib-keçmədiyi ilə bağlı suala cavab olaraq deyib:

    “Görünür, onlar artıq bunu etməyə başlayıblar.”

    “Biz bu məsələni son dərəcə ciddi şəkildə izləyirik. Ordu da prosesi izləyir və biz çox güclü bəzi variantları nəzərdən keçiririk. Qərar veriləcək.”-deyə o bildirib.

    ABŞ prezidenti həmçinin açıqlayıb ki, İran rəhbərliyi son günlərdə İranda hökumət əleyhinə kütləvi etirazlar fonunda onun mümkün hərbi müdaxilə ilə bağlı bəyanatlarından sonra onunla əlaqə saxlayaraq ‘danışıqlar aparmaq’ istədiyini bildirib.

    “İran rəhbərləri dünən zəng etdilər, bir görüşün hazırlanması gedir… Onlar danışıqlar aparmaq istəyirlər. Amma ola bilsin ki, görüş baş tutmazdan əvvəl hərəkət etməli olaq”- deyə o bildirib.

    Bu açıqlamalara cavab olaraq, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün bildirib ki, Tehranla Vaşinqton arasında əlaqə kanalları hələ də açıqdır. Onun sözlərinə görə, bu kanallara ABŞ prezidentinin xüsusi nümayəndəsi ilə əlaqə xətti, eləcə də ənənəvi İsveçrə vasitəçiliyi daxildir.

    Bundan əvvəl bir hüquq-müdafiə təşkilatı xəbərdarlıq etmişdi ki, Tehran hakimiyyəti artıq iki həftədir davam edən etirazlar zamanı “kütləvi qətllər” törətmiş ola bilər. Eyni zamanda İran hökuməti bazar ertəsi günü İslam Respublikasını dəstəkləyən kütləvi nümayişlərə çağırış edib.

    Bu fonda İran Prezidenti Məsud Pezeşkian ölkədə “iğtişaş törədənlərə” sabitliyi pozmağa imkan verilməməsinin vacibliyini vurğulayıb. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş isə etirazçıların zorakılıqla yatırılması ilə bağlı məlumatlardan “dərin sarsıntı keçirdiyini” bildirib və İran hakimiyyətini təhlükəsizliyi təmin edərkən təmkinli olmağa çağırıb.

    Norveçdə yerləşən “İranda İnsan Hüquqları Təşkilatı” açıqlamasında bildirib ki, etirazlar başlayandan bəri 192 etirazçının öldürüldüyünü təsdiqləyib, lakin real ölənlərin sayının artıq yüzlərlə, hətta daha çox ola biləcəyini istisna etmir. Təşkilat qeyd edib ki, “təsdiqlənməmiş məlumatlara görə, azı yüzlərlə, bəzi mənbələrə əsasən isə iki mindən çox insan həlak olub.”

    Təşkilat bunu “kütləvi qətllər” və “İran xalqına qarşı böyük beynəlxalq cinayət” kimi qiymətləndirib.

    Bazar günü yayılan bir videoda Tehranın cənubunda yerləşən Kəhrizək məhkəmə-tibbi ekspertiza mərkəzinin qarşısında onlarla cəsədin yığıldığı görünür. Hüquq-müdafiə təşkilatları bildiriblər ki, bu cəsədlər İran hakimiyyətinin etirazları zorakılıqla yatırması nəticəsində həlak olanlara aiddir.

    #İran #ABŞ #Donald Tramp #İsmayıl Bəqai #ABŞ–İran münasibətləri #İranda kütləvi etirazlar #etirazları #İran etirazları zorakılıq #Vaşinqton–Tehran əlaqələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    3 Sentyabr 2026 10:52

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    3 Sentyabr 2026 10:32

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    3 Sentyabr 2026 09:09

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    2 Sentyabr 2026 22:06

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    2 Sentyabr 2026 21:37

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    2 Sentyabr 2026 20:28

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    2 Sentyabr 2026 19:53

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33
    XƏBƏR LENTİ

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

    Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

    Yəməndə ərzaq böhranı dərinləşir

    İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.