#Amnesty İnternational

Amnesty International Livanın cənubunda İsrail tərəfindən həyata keçirildiyi bildirilən üç hava hücumu ilə bağlı müharibə cinayətləri üzrə araşdırma aparılmasını tələb edib. Təşkilatın məlumatına görə, mart ayında Tir, Sidon və Nəbatiyə rayonlarına endirilən zərbələr nəticəsində 12-si uşaq olmaqla 24 mülki şəxs həyatını itirib və ən azı 18 nəfər yaralanıb. Amnesty araşdırması zamanı İsrail qüvvələrinin beynəlxalq humanitar hüququ pozmuş ola biləcəyini göstərən faktlar əldə etdiyini bildirib. Təşkilat hücumlarda mülki və hərbi hədəflər arasında lazımi fərqin qoyulmadığını və mülki itkilərin qarşısının alınması üçün kifayət qədər tədbir görülmədiyini iddia edib. Amnesty nümayəndələri beynəlxalq ictimaiyyəti məsələ ilə bağlı tədbir görməyə və məsul şəxslərin araşdırılmasına çağırıblar. Təşkilat həmçinin İsrailə qarşı silah embarqosunun tətbiq olunmasını və hüquqi mexanizmlərdən istifadə edilməsini istəyib. Livan-İsrail arasında əldə olunan yeni razılaşmanın məsuliyyət məsələsini çətinləşdirə biləcəyi ilə bağlı da xəbərdarlıq edilib.

İdman dünyasında hicab qadağası ilə bağlı mübahisələr yenidən gündəmə gəlib. Beynəlxalq insan haqları təşkilatları və idman fəalları Fransanın tətbiq etdiyi hicab yasağını qadınların idman sahələrindən kənarlaşdırılması kimi qiymətləndirərək, bu qərarın insan hüquqlarına və qadınların iştirak azadlığına zidd olduğunu bildiriblər.

Amnesty International və Human Rights Watch-un hesabatlarında qeyd olunur ki, uyğurlar sistematik şəkildə kənd təsərrüfatı və sənaye sahələrində — pambıq yığımından tutmuş litium hasilatına qədər — məcburi əməkdə işlədilir. Hüquq müdafiəçilərinə görə, işçilər ədalətli ödənişdən məhrum edilir, polis nəzarəti altında yaşayırlar.