Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İsrail ordusunun Qəzzaya hücumları nəticəsində daha 13 fələstinli həlak olub

    3 Sentyabr 2025 12:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail ordusunun Qəzzaya hücumları nəticəsində daha 13 fələstinli həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusunun səhər saatlarından bəri Qəzza Zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlardan 13 Fələstinli, o cümlədən bir hamilə qadın və onun körpəsi həlak olub.

    AzerVoice xəbər verir ki, xəstəxana mənbələri və şahidlərin verdiyi məlumata görə, İsrail ordusu Qəzza Zolağının şimalındakı Qəzza şəhərinin yanında, həmçinin şimal və cənub bölgələrində evləri, çadırləri və dinc sakinlərin toplandığı yerləri hədəf alıb.

    İsrail ordusu Qəzza şəhərinin qərbindəki Sayadin limanı ətrafındakı bir mənzili vurub. Həmin hücumda bir hamilə qadın və onun bətnindəki körpəsi də daxil olmaqla 5 Fələstinli həyatını itirib.

    Qəzza şəhərinin mərkəzində yerləşən Derec məhəlləsində, Fevahir küçəsi yaxınlığındakı bir evə helikopterlə edilən hücumda 3 Fələstinli ölüb.

    İsrail əsgərləri Qəzza şəhərinin qərbində yerləşən Nasr məhəlləsində, Rantisi Xəstəxanası yaxınlığında zorla yerindən edilmiş Fələstinlilərin qaldığı çadırlara atəş açıb. Hücumda çox sayda insan yaralanıb, bəzilərinin vəziyyəti kritikdir.

    Nasr məhəlləsində həmçinin İsrail döyüş təyyarələri bir mənzili hədəf alıb.

    Qəzza şəhərinin şimal-qərbində, Şeyx Rıdvan məhəlləsinin şimal-şərq hissəsindəki bina və evlər partladılır.

    İsrail ordusuna məxsus helikopterlər Şeyx Rıdvan bazarında zorla yerindən edilmiş insanlara aid çadırlar və stendləri vurub, hücumdan sonra bəzi ərazilərdə yanğın baş verib.

    Qəzzanın cənubundakı Zeytun və Sabra məhəllələri də top atəşinə məruz qalıb.

    İsrail ordusunun Qəzza Zolağının mərkəzində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsinə pilotsuz uçuş aparatı (PUA) ilə etdiyi hücumda 5 Fələstinli həlak olub.

    Düşərgənin Sevaraha bölgəsinə edilən PUA hücumunda isə 5 nəfər yaralanıb.

    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #İsrail ordusu #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Uşaq ölümü Qəzza #İsrail və Fələstin münaqişəsi 2025 #Fələstin-İsrail münaqişəsi #Qəzza aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39
    XƏBƏR LENTİ

    Tramp İrana qarşı yeni hərbi ultimatum irəli sürdü

    İraqın baş naziri sabah İrana səfər edəcək

    Bəhreyn İranın hava hücumlarının qarşısının alındığını açıqlayıb

    İran ABŞ-nin nüvə obyektləri ilə bağlı təhdidlərinə sərt cavab verdi

    ABŞ Hörmüz boğazındakı Lərək adasına raket zərbəsi endirib - İran

    Tramp İranla müharibədə həlak olan ABŞ hərbçilərinin qarşılanma mərasimində iştirak edəcək

    Avropa İttifaqı ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə Qırmızı dənizdən uzaq durmağı tövsiyə edib

    İran ordusu İordaniyadakı hərbi bazaları vurduğunu iddia edib

    Lavrov Manila şəhərində ABŞ dövlət katibi ilə görüşəcək

    Pakistan husilərin Səudiyyə Ərəbistanını müharibəyə cəlb etmək cəhdlərindən narahatdır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.