Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İspaniya və Portuqaliyada meşə yanğınları davam edir

    22 Avqust 2025 14:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İspaniya və Portuqaliyada meşə yanğınları davam edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    İspaniya və Portuqaliyada davam edən meşə yanğınları Avropanın cənubunu böyük ekoloji və iqtisadi böhranla üz-üzə qoyub.

    AzerVoice xəbər verir ki, avqustun əvvəlindən bəri tarixlərinin ən dağıdıcı meşə yanğınları ilə mübarizə aparan İspaniya və Portuqaliyada hazırda 20 böyük yanğın ocağı qalmaqdadır. Onlardan 18-i İspaniyada, 2-si isə Portuqaliyada qeydə alınıb.

    Avqust ayındakı yanğınlarda İspaniyada 4 nəfər həyatını itirib. Qalisiya (Ourense, Pontevedra) və Kastiliya və Leon (Zamora, Leon) bölgələri alovların ən çox yayıldığı ərazilərdir. Son 10 gündə yalnız Ekstremadura bölgəsində 17 min hektara yaxın meşə və kənd təsərrüfatı sahəsi yanıb. Ölkə üzrə 2.500-dən çox insan, o cümlədən Leonda 1.523 nəfər evlərindən təxliyə edilib. Onlar hazırda idman zalları, sığınacaqlar və yaxınlarının evlərində yerləşdirilib.

    İlin əvvəlindən bəri İspaniyada 350 min hektardan çox ərazi məhv olub, bunun 330 min hektarı yalnız avqust ayına təsadüf edir. Yanğınlar səbəbindən doqquz yol bağlanıb, kənd təsərrüfatı və heyvandarlıq sektoru ciddi zərər görüb. La Razon qəzetinin məlumatına görə, yanğınların söndürülməsinə sərf olunan vəsaitin dəyəri 8 milyard avroya, iqtisadi ziyanın miqdarı isə 2 milyard avronu keçib.

    Portuqaliyada isə Avqust ayında baş verən yanğınlarda 3 nəfər ölüb. Hazırda şimal və mərkəzi bölgələrdə yerləşən Arganil və Cinco Vilas ərazilərində alovlarla mübarizə aparılır. Söndürmə işlərinə 2.000-ə yaxın yanğınsöndürən cəlb olunub. Ümumilikdə 275 min hektar ərazi yanaraq məhv olub ki, bu da ölkənin ümumi torpaq sahəsinin təxminən 3 faizi deməkdir.

    Baş nazir Luis Monteneqro “Ölkə şokdadır” deyərək, hökumətin bütün imkanlarını zərərin azaldılmasına yönəldəcəyini bildirib. Hökumət zərərçəkmişlər üçün 45 maddədən ibarət yardım paketi qəbul edib. Bu paketə tibbi yardımın artırılması, ailələrə və müəssisələrə dəstək göstərilməsi, həmçinin 250 min avroya qədər mənzil xərclərinin tam ödənilməsi daxildir. Müxalifətin təzyiqlərinə baxmayaraq, hökumət fövqəladə vəziyyət elan etməyib, lakin dağıntıların aradan qaldırılması üçün əlavə tədbirlər görəcəyini açıqlayıb.

    Qeyd edək ki, son iki həftədə Avropa İttifaqı ölkələrində bu il ərzində yanan meşə sahələrinin cəmi həcmini üstələyən ərazilər külə dönüb. Mütəxəssislər qlobal iqlim dəyişikliyi və uzunmüddətli quraqlığın bu miqyasda yanğınların əsas səbəbləri olduğunu bildirirlər.

    #yanğın #İspaniya #Portuqaliya #meşə yanğını\ #meşə yanğınları #yanğın xəbərdarlığı #Fövqəladə vəziyyət #yanğınla bağlı təxliyə #Yanğın səbəbindən təxliyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail qüvvələrinin Livanın cənubunda yanğınlar törətdiyi bildirilir

    29 Avqust 2026 18:08

    Əlcəzairdə meşə yanğınları niyə nəzarətdən çıxır? 12 nəfər öldü

    27 Avqust 2026 09:49

    Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir

    22 Avqust 2026 19:44

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    14 Avqust 2026 20:39

    Kanadada meşə yanğını nəzarətdən çıxıb, minlərlə sakin təxliyə edilir

    8 Avqust 2026 20:24

    Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər

    28 İyul 2026 21:28

    Türkiyə Fransaya yardım göndərdi - Makron türkcə təşəkkür etdi

    28 İyul 2026 13:14

    Fransada meşə yanğınları - 197 mindən çox insan təxliyə edilib

    25 İyul 2026 19:56

    Kanadada meşə yanğınlarının genişlənməsinə nə səbəb olub?

    24 İyul 2026 21:40

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

    20 İyul 2026 10:54

    İranın hücumları Küveytdə yanğınlara səbəb olub, yaralananlar var

    18 İyul 2026 20:39
    XƏBƏR LENTİ

    Mediator özünü necə inkişaf etdirməlidir?

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.