Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Quterreşdən İsrailə tikinti planını dayandırma çağırışı

    15 Avqust 2025 09:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Quterreşdən İsrailə tikinti planını dayandırma çağırışı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    BMT İsrailin Qəzzaya qarşı planlarını və İordan çayının qərb sahilindəki məskunlaşma genişlənməsini kəskin şəkildə tənqid edib.

    AzerVoice xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş İsrail hökumətini işğal altındakı ərazilərdə, xüsusilə E1 bölgəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti layihəsini dərhal dayandırmağa çağırıb. Bəyanatı onun sözçüsü Stefan Dujarrik yazılı şəkildə yayıb.

    Quterreş bildirib ki, Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilindəki bütün İsrail yaşayış məntəqələri beynəlxalq hüququn pozulması ilə yaradılıb və saxlanılır. Onun sözlərinə görə, bu cür qeyri-qanuni məskunlaşmalar işğalı möhkəmləndirir, gərginliyi artırır və iki dövlətli həll çərçivəsində Fələstin dövlətinin yaşaya bilmək imkanlarını zəiflədir.

    BMT baş katibi vurğulayıb ki, E1 bölgəsində tikinti planı İordan çayının şimal və cənubunu ayıracaq və yaşamağa qadir Fələstin dövlətinin yaradılması ehtimalını ciddi şəkildə təhlükə altına alacaq.

    Sözügedən E1 layihəsi işğal altındakı Şərqi Qüds ilə Maale Adumim qəsəbəsi arasında 3401 evin tikintisini nəzərdə tutur. İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich isə layihəni Fələstin dövləti ideyasını aradan qaldırmaq məqsədilə dəstəklədiyini bəyan edib.

    #İsrail #Fələstin #Qəzza zolağı #BMT #Antonio Quterreş #Stefan Düjarrik #Şərqi Qüds #Qəzza hücumu #İsrail və Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    1 Sentyabr 2026 20:46

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    1 Sentyabr 2026 19:20

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    İsrailli məskunlaşanlar işğal altındakı İordan çayının qərb sahilində məscidi yandırmağa cəhd edib

    1 Sentyabr 2026 18:20

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.