Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İran ilə danışıqlar aparmaq üçün hələ ki gec deyil - Tramp

    18 İyun 2025 18:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran ilə danışıqlar aparmaq üçün hələ ki gec deyil - Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ və İran arasında danışıqların aparılması üçün hələki gec deyil.

    AzerVoice xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

    "Heç nə üçün gec deyil" – deyə, Tramp müvafiq suala cavab verib.

    Onun sözlərinə görə, Tehran Vaşinqtonla əlaqə saxlayır və hətta Ağ Evdə danışıqlar aparmağı da təklif ediblər. Bununla belə, Tramp ABŞ-ın İrana hərbi zərbə endirməyə yaxın olub-olmadığı barədə ətraflı məlumat verməkdən imtina edib.

    “İrana zərbələr endirəcəyik mi, deyə bilmərəm. Onlara (İran tərəfinə - red.) Ağ Evə gəlməyi təklif etdim. Bu böyük bir addım idi, amma bu addımı atmadılar. Hazırda nə olacağını bilmirəm. Dünən [Rusiya prezidenti Vladimir] Putinlə danışdım və o, mənə vasitəçilikdə kömək edə biləcəyini dedi. Çox sayda insan ölüb. Biz qeyd-şərtsiz təslim olmalarını istəyirik. Əgər artıq bunu etməsələr, onların obyektlərini havaya uçuracağıq. Hələ heç nə əldə etməmişik, amma çox yol qət etmişik. Burada düşmən bir ölkənin (İranın - red.) nüvə silahlına sahib olma istəyini görürük. Biz illərdir İran tərəfindən hədələnirik. Növbəti həftə vacib həftə olacaq. Bəlkə də bir həftədən də az müddətdə. Nə baş verəcəyini görəcəyik. Hələ heç nə bitməyib” - deyə, Tramp bildirib.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

    #İsrail #İran #ABŞ #Donald Tramp #İsrail-İran münaqişəsi #danışıqlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    2 İyun 2026 22:43

    ABŞ-İran danışıqlarında Trampın rolu və baxışı necədir?

    2 İyun 2026 22:08

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    2 İyun 2026 21:41

    Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qətərin Baş Naziri ilə Dohada görüşüb

    2 İyun 2026 21:30

    İran futbolçuları Dünya Çempionatında uğur qazana biləcəkmi?

    2 İyun 2026 21:18

    İşğal altındakı İordan çayının Qərb sahilində gərginlik artır

    2 İyun 2026 21:12

    Almaniya kansleri İsraili Livanda “təmkinli olmağa” çağırıb

    2 İyun 2026 20:14

    ABŞ vasitəçiliyi ilə vəziyyəti sabitləşdirə bilərmi?

    2 İyun 2026 20:09

    İsrailin müdafiə ixracatı rekord səviyyəyə yüksəlib

    2 İyun 2026 20:07

    Cozef Aun Livandakı parçalanmanın İsrail maraqlarına xidmətini niyə vurğulayır?

    2 İyun 2026 19:58

    İsrail və Livan niyə Vaşinqtonda görüşür?

    2 İyun 2026 19:43

    Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

    2 İyun 2026 19:38
    XƏBƏR LENTİ

    Roma və Bizans nümunəsində - ABŞ zəifləyir, yoxsa yenidən formalaşır?

    Osmanlı imperiyasını 24 il məşğul edən müharibə - Balaca uşaq Krit müharibəsinə necə səbəb oldu?

    Londonda terror hücumu - Səkkiz dəqiqə ərzində baş verən faciə

    Tarixdə bu gün - 3 İyun

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    ABŞ-İran danışıqlarında Trampın rolu və baxışı necədir?

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qətərin Baş Naziri ilə Dohada görüşüb

    İran futbolçuları Dünya Çempionatında uğur qazana biləcəkmi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.