Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    2 İyun 2026 21:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib.

    VOA xəbər verir ki iqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orrun həmsədrliyi ilə keçirilən tədbirdə hər iki ölkənin dövlət qurumları, beynəlxalq maliyyə institutları və özəl sektorun nümayəndələri iştirak ediblər.

    Azərbaycan-ABŞ münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayan iqtisadiyyat naziri Mikayıl Cabbarov: “Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsində mühüm rol oynayır. Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) və Orta Dəhliz vasitəsilə ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, kritik minerallar üzrə təchizat zəncirlərinin inkişafı, eləcə də nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində yeni investisiya imkanlarının araşdırılması üçün əhəmiyyətli perspektivlər mövcuddur. Birgə layihələrin müəyyənləşdirilməsi, işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsi üzrə konstruktiv dialoq ikitərəfli əməkdaşlığa töhfə verəcək”.

    Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında biznes, ticarət və iqtisadi investisiyalar sahəsində ikitərəfli imkanların genişləndirilməsinə sadiq olduqlarını vurğulayan ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orr bildirib: “Bu istiqamət ABŞ-nin Vitse-Prezidenti Cey Di Vens və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu ilin fevral ayında Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əsas prioritetlərindən biridir. Dialoq çərçivəsində müzakirə olunacaq layihə və təşəbbüslərin nəticələri, eləcə də ikitərəfli iqtisadi münasibətlərin daha da gücləndirilməsi üçün mövcud imkanlar Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın inkişafına təkan verəcək”.

    Birinci İqtisadi Dialoq çərçivəsində regional bağlantılar, ticarət və tranzit, enerji təhlükəsizliyi, investisiyalar, süni intellekt və rəqəmsal infrastruktur mövzularına həsr olunmuş panel sessiyalar keçirilib. İlk sessiyada Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP), Orta Dəhliz, regional logistika imkanlarının genişləndirilməsi, Azərbaycanın investorlar üçün əlverişli biznes mühiti, eləcə də ölkənin Avropa və Mərkəzi Asiya ilə artan əlaqələrinin ABŞ şirkətləri üçün yaratdığı yeni imkanlar müzakirə olunub.

    Enerji təhlükəsizliyi üzrə sessiyada Cənub Qaz Dəhlizinin inkişafı, elektrik bağlantıları və enerji istehsalının artırılması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Təchizat zəncirlərinin diversifikasiyası, kritik mineral təchizat zəncirlərinin şaxələndirilməsi və digər sahələrdə tərəfdaşlıq məsələləri müzakirə olunub.
    İqtisadi investisiyalar üzrə paneldə hər iki xalqın qarşılıqlı rifahına xidmət edən iqtisadi layihələrin, o cümlədən nəqliyyat və logistika, enerji və rəqəmsal texnologiyalara ikitərəfli investisiyaların təşviqi məsələləri müzakirə olunub. Həmçinin, investorlar üçün təşviq mexanizmlər, üstünlüklər və əlverişli hüquqi rejim təklif edən Ələt Azad İqtisadi Zonası daxil olmaqla müxtəlif istiqamətlərdə ABŞ investisiyalarının təşviqi imkanları diqqət mərkəzində olub.

    Süni intellekt və rəqəmsal infrastruktur üzrə müzakirələrdə ABŞ-nin yüksək texonolji həlləri barədə məlumat verilib. Data mərkəzləri, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlıq, tənzimləyici çərçivələrin inkişafı və bu sahədə gələcək tərəfdaşlıq nəzərdən keçirilib. İclas çərçivəsində tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və innovativ layihələrin dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.

    Tədbir çərçivəsində həmçinin biznes dairələri ilə görüş keçirilib, özəl sektor arasında əməkdaşlığın inkişafı və yeni tərəfdaşlıqların qurulmasının əhəmiyyəti qeyd olunub.

    Tədbirin sonunda bu il Bakının ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcəyi elan olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orrun iştirakı ilə Azərbaycanda rəqəmsal infrastrukturun yaradılması, texnologiya transferi və səmərəli sənaye həllərinin tətbiqi sahələrində bir sıra sənədlər və Dialoqun Protokolu imzalanıb.

    #Azərbaycan #Bakı #ABŞ #Mikayıl Cabbarov #strateji tərəfdaşlıq #İqtisadi Dialoq #Keyleb Orru
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    3 Sentyabr 2026 22:36

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    3 Sentyabr 2026 22:24

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    3 Sentyabr 2026 21:37

    Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib

    3 Sentyabr 2026 20:17

    ABŞ-nin Strateji Neft Ehtiyatı nədir və niyə mühüm əhəmiyyət daşıyır?

    3 Sentyabr 2026 20:10

    Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp

    3 Sentyabr 2026 20:06

    Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

    3 Sentyabr 2026 20:03

    İraq İran müharibəsinin nəticələrini ABŞ nümayəndəsi ilə müzakirə edib

    3 Sentyabr 2026 19:33

    İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ

    3 Sentyabr 2026 18:50

    Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

    3 Sentyabr 2026 18:29

    Oman sultanı ABŞ və İran arasında gərginlik fonunda Böyük Britaniyaya səfər edəcək

    3 Sentyabr 2026 18:24

    İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir

    3 Sentyabr 2026 18:12
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.