Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Türkiyə sülh üçün böyük rol oynayır - Rutte

    15 May 2025 10:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə sülh üçün böyük rol oynayır - Rutte
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    NATO Baş katibi Mark Rutte İstanbulda keçirilən Rusiya-Ukrayna barış danışıqları ilə bağlı açıqlama verib. O, Türkiyənin bu prosesdə mühüm rol oynadığını vurğulayıb.

    AzerVoice xəbər verir ki, Antalyada təşkil olunan NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı öncəsi jurnalistlərin suallarını cavablandıran Rutte, “Türkiyə burada əhəmiyyətlidir, çünki bütün tərəflərlə yaxşı münasibətlərə malikdir. Eyni zamanda bu danışıqları uğurla davam etdirmək üçün zəruri gücə, insan resurslarına, Xarici İşlər Nazirinə və Prezidentə sahibdir,” – deyə bildirib.

    Barış danışıqlarının gedişatını da dəyərləndirən NATO Baş katibi, “Açığı, danışıqların nəticəsi Rusiya nümayəndə heyətindən asılı olacaq. Qarşıdakı günlərdə vəziyyətin necə inkişaf edəcəyini görəcəyik. Amma ehtiyatlı şəkildə nikbinəm,” – deyə qeyd edib.

    Qeyd edək ki, təhlükəsizlik zəmanətləri və qarşılıqlı öhdəliklərə əsaslanan Şimali Atlantika Alyansının yaradılması məqsədi ilə başlayan proses nəticəsində 4 aprel 1949-cu ildə NATO-nu yaradan Şimali Atlantika (Vaşinqton) müqaviləsi imzalandı.

    Türkiyə hazırda 32 üzvü olan NATO-ya 18 fevral 1952-ci ildə üzv olub.

    Vaşinqton müqaviləsinə əsasən, NATO-nun əsas missiyası üzv ölkələrin azadlığını və təhlükəsizliyini siyasi və hərbi vasitələrlə qorumaqdır. NATO Şimali Amerika və Avropada təhlükəsizliyin bölünməzliyini simvollaşdırır.

    NATO Alyansa üzv olduğu gündən Türkiyənin təhlükəsizliyinin təmin edilməsində mərkəzi rol oynayıb.

    O, həmçinin Türkiyənin Avro-Atlantik strukturlarla inteqrasiya hədəfinə müxtəlif perspektivlərdən mühüm töhfələr verib.

    Digər tərəfdən, Alyansa daxil olmasının 73-cü ildönümünü qeyd edən Türkiyə NATO missiya və əməliyyatlarına davamlı töhfələr verir.

    Türkiyə NATO-nun komanda və güc strukturuna ən əhatəli töhfələr verən müttəfiqlərdən biridir. Alyansın komandanlıq strukturuna daxil olan NATO Quru Komandanlığı (LANDCOM) Türkiyədə yerləşir. Bundan əlavə, NATO Qüvvələr Strukturunda yer alan 9 Yüksək Hazırlıq Səviyyəli quru qüvvələri qərargahından biri olan NATO Çevik Yerləşdirilə bilən Korpus Qərargahı (NRDC-TUR, 3-cü Korpus Komandanlığı Qərargahı, İstanbul) Türkiyə tərəfindən təmin edilir.

    Türkiyə müdafiə xərclərinin ÜDM-ə nisbətini yüzdə ikiyə çatdırmaq üçün Müdafiə İnvestisiya öhdəliyi çərçivəsində sözügedən hədəfə çatdı və hətta onu da keçdi.

    #Rusiya #Ukrayna #Vaşinqton #Mark Rutte #NATO sammiti #NATO Zirvə görüşü #Ankara NATO Terrorla Mübarizə Mərkəzi #1952-ci il NATO üzvlüyü #NATO baş katibi Mark Rutte #NATO və Ukrayna münasibətləri #Türkiyənin NATO-dakı rolu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    AIPAC İsrail əleyhinə səs verən demokratlara maliyyə dəstəyini məhdudlaşdırıb

    18 İyul 2026 20:22

    Lavrov BƏƏ-nin xarici işlər naziri ilə Körfəzdəki vəziyyəti müzakirə edib

    18 İyul 2026 20:15

    Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb - XİN

    18 İyul 2026 19:41

    Livan Prezidenti Cozef Aun Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edib

    18 İyul 2026 18:00

    İran ABŞ-ın İordaniyadakı əsas aviabazasını vurub

    18 İyul 2026 10:16

    Böyük Britaniya SEPAH-a dəstəyi cinayət elan adlandırıb

    17 İyul 2026 19:48

    Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

    17 İyul 2026 17:27

    Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov

    17 İyul 2026 14:59

    Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşüb

    17 İyul 2026 14:21

    Yeni hücum olarsa, bölgədəki infrastruktur hədəfə alınacaq - Tehran

    17 İyul 2026 12:55

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    16 İyul 2026 20:49
    XƏBƏR LENTİ

    Ali rəhbərlə əlaqələrim hər gün genişlənir - Pezeşkian

    İraqın şimalında neft hasilatı təhlükəsizlik səbəbilə dayandırıldı

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    İranın danışıqlardakı nəticələri gözləntiləri keçdi - Pezeşkian

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    İran yenidən Küveytin enerji və su infrastrukturunu hədəfə alıb

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    Azərbaycan və Almaniya mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək

    Azərbaycan və Almaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəklər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.