#NATO Zirvə görüşü

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəttin Duran sosial media hesabından etdiyi açıqlamada 2026-cı il NATO Dövlət və Hökumət Başçıları Sammitinə ev sahibliyi edəcəklərindən böyük məmnunluq duyduqlarını bildirib. Duran iyulun yeddisi və səkkizində Ankarada reallaşacaq bu sammitin sadəcə diplomatik bir görüş deyil eyni zamanda qlobal təhlükəsizlik sisteminin gələcəyini müəyyən edəcək kritik bir nöqtə olduğunu vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsi məsələsində Vaşinqtonun çağırışlarına soyuq yanaşan müttəfiqlərini sərt şəkildə tənqid edib. O, həmçinin Çinə planlaşdırılan rəsmi səfərini təxirə saldığını və İranla müharibəni cəmi bir həftəyə yekunlaşdıra biləcəyini bəyan edib.

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, NATO Baş katibi Mark Rutte ilə Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri toplantısının çərçivəsində görüşüb. Görüşdə əsasən Ukrayna ilə Rusiya arasında davam edən müharibənin sonlandırılması üçün görülən səylər müzakirə olunub. Hakan Fidan və Mark Rutte, müharibənin daha da uzanmaması üçün beynəlxalq əməkdaşlığın və diplomatik həll yollarının vacibliyini vurğulayıb. Bundan əlavə, Qara Dənizin təhlükəsizliyi ilə bağlı məsələlər də gündəmə gətirilib. Bu çərçivədə regionda sabitliyin təmin edilməsi və NATO-nun bu sahədəki rolunun artırılması müzakirə edilib.

Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, xarici işlər naziri Hakan Fidan NATO Qərargahındakı görüşlər çərçivəsində NATO Baş katibi Mark Rutte, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi və Avropa Komissiyası sədrinin müavini Kaja Kallas, Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos, Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper, İspaniya xarici işlər naziri Xose Manuel Albares və digər bir sıra həmkarları ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

NATO-ya üzv olan 32 ölkənin müdafiə nazirlərinin iştirakı ilə regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyi NATO Müdafiə Nazirləri Toplantısı Brüsseldə başlayıb. Toplantının açılışında çıxış edən NATO Baş katibi Mark Rutte əsas diqqət mərkəzinin alyansın müdafiə və çəkindirmə qabiliyyətinin gücləndirilməsi olacağını bildirib.

NATO Türkiyə ilə bağlı rəsmi açıqlama yayıb. NATO-nun baş katibi Mark Rutte 2026-cı il Liderlər Zirvəsinin 7-8 iyul tarixlərində Türkiyənin Ankarasındakı Beştəpə Kompleksində keçiriləcəyini rəsmən elan edib. Rutte açıqlamasında Türkiyəyə təşəkkür edərək, ölkənin 70 ildən artıqdır ki, ortaq təhlükəsizliyə əvəzsiz töhfələr verdiyini vurğulayıb.

ABŞ prezidenti Donald Tramp potensial Rusiya–Ukrayna razılaşması ilə bağlı açıqlama verib. O bildirib ki, Ukraynanın Avropa ilə Rusiya arasında “bufer” rolunu oynayacağını düşündüyünü, lakin NATO üzvlüyünün gündəmdə olmadığını qeyd edib. Tramp çıxışında “Vaxt itirmək istəmirəm. Sadəcə bu müharibəni bitirmək istəyirəm” deyərək, münaqişənin həlli üçün sürətli nəticə əldə etmək istədiyini vurğulayıb. “Ola bilsin ki, Putin razılaşmaq istəmir. Bir neçə həftə ərzində Putin haqqında daha çox məlumat əldə edəcəyik” - deyə o bildirib.