Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Netanyahu oğlunun Makrona qarşı təhqirini müdafiə edib

    14 Aprel 2025 11:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahu oğlunun Makrona qarşı təhqirini müdafiə edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrailin baş naziri Binyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronu təhqir edən oğlunu müdafiə edib

    AzerVoice xəbər verir ki, Baş nazir X sosial platformasında yayımladığı bəyanatda , “Hər bir vətəndaş kimi, onun da şəxsi fikir bildirmək haqqı var. Amma prezident Makronun tvitinə verdiyi reaksiya qəbuledilməzdir” - deyə bildirib.

    Makronun Fələstin dövlətini tanıya biləcəkləri barədə açıqlamasına sərt reaksiya verən baş nazir, oğlunun sözlərini “qəbuledilməz” adlandırsa da, onun “ölkəsinin gələcəyini düşünən əsl sionist” olduğunu deyib.

    Netanyahu Makronun iki dövlətli həll yanaşmasını “reallıqdan uzaq xülya” adlandıraraq, belə bir dövlətin mövcudluğunu İsrailin varlığına təhlükə kimi qiymətləndirib. O, Fransa liderinin Fələstin ideyasını dəstəkləməsini “böyük səhv” kimi dəyərləndirib.

    “Biz mövcudluğumuzu təhlükəyə atmadan , Fransa üçün təhlükə olmayan müstəmləkələrin müstəqilliyinə qarşı çıxanların mənəvi dərslərinə ehtiyac duymuruq” - deyə əlavə edib.

    Yair Netanyahu isə Fransa prezidentinə qarşı sərt sözlər səsləndirərək , “Yeni Kaledoniya, Fransız Polineziyası, Korsika və Bask ölkəsi də müstəqil olsun! Fransız Qvinyası da!” - deyə bildirib. O, Makronun Fələstini tanıma ehtimalına “Cəhənnəm olsun sənə!” ifadəsi ilə sərt bir reaksiya verib.

    Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Misirdə verdiyi açıqlamada, yaxın aylarda Fələstin dövlətinin tanınması istiqamətində addımlar atılacağını bildirmişdi. Onun sözlərinə görə, bu məsələ Səudiyyə Ərəbistanı ilə birgə keçiriləcək beynəlxalq konfransda yekunlaşdırıla bilər.

    Hazırda Fələstini tanıyan ölkələrin sayı 146-ya çatıb. Bu siyahıya son dövrdə İspaniya, Norveç, İrlandiya, Sloveniya, Ermənistan və Karib hövzəsinin bir sıra ölkələri də daxil olub.

    #İsrail #Benyamin Netanyahu #Fələstin #Fransa #Emmanuel Makron #sionizm #Yair Netanyahu #Fransa və İsrail münasibətləri #Diplomatik gərginlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    22 İyul 2026 19:26

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    22 İyul 2026 03:00

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    21 İyul 2026 21:52

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Paris Tehrandan diplomatik heyətin təhlükəsizliyini tələb edir

    21 İyul 2026 19:22

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08
    XƏBƏR LENTİ

    Avropada dövlət qərarı ilə sterilizasiya edilən qadınlar: XX əsrin unudulan faciəsi

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.