Bakı, AzerVoice
Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin rəhbərlərini və yüksək səviyyəli nümayəndələrini Nyu-Yorkda bir həftə ərzində bir araya gətirən BMT Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb.
AzerVoice xəbər verir ki, BMT Baş Assambleyasının 79-cu sessiyasının sədri Kamerunlu Filemon Yonqun sədrliyi ilə keçirilən sessiya BMT-nin Baş katibi Antonio Quterreşin çıxışı ilə açıq elan edilib.
Türkiyəni BMT Baş Assambleyasının 79-cu sessiyasında prezident Rəcəb Tayyib Ərdoğan təmsil edir.
Bu gün üçüncü sırada çıxış edəcək Ərdoğanın xüsusilə Qəzzadakı vəziyyətə diqqət çəkəcəyi, üzv ölkələrdən İsrailin hücumlarına qarşı durmalarını tələb edəcəyi gözlənilir.
BMT-nin sözçüsü bildirib ki, bu il sentyabrın 24-30-da keçiriləcək BMT Baş Assambleyasının 79-cu iclasında 76 dövlət başçısı, 4 şahzadə, 2 hökumət başçısı, 42 baş nazirin müavini, 9 nazir, 54 nazir müavini və Aİ nümayəndə heyəti iştirak edəcək.
Diqqət çəkən məqamlardan biri sessiyada cəmi 19 qadının iştirak etməsi olub.