Bakı. AzerVoice:
Fransanın baş naziri Qabriel Attal ölkəsinin Hind-Sakit Okeandakı muxtar bölgəsi olan və zorakılıq hadisələrinin baş verdiyi Yeni Kaledoniyaya qoşun yeridiləcəyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Attal Yeni Kaledoniyadakı zorakılıqlarla bağlı qurulan Nazirliklərarası Böhran Masası'na qatılıb.
Attal görüşün əvvəlində hava limanı və limanların təhlükəsizliyini təmin etmək üçün Yeni Kaledoniyaya əsgər göndəriləcəyini və TikTok sosial media platformasının bölgədə qadağan ediləcəyini bildirib.
Baş nazir Attal Yeni Kaledoniyadakı vəziyyətlə bağlı sabah yerli vaxtla saat 08.30-da Daxili İşlər Nazirliyində nazirliklərarası böhran masasının yenidən toplanması barədə göstəriş verib.
Məlumat üçün qeyd edək ki, adada son 2 gündə artan şiddətdə 200-ə yaxın iş yeri və 50-dən çox avtomobil yandırılıb, ölənlərin sayı 4-ə yüksəlib.
Hadisələr zamanı 130 nəfər saxlanılıb, 60-dan çox mühafizəçi yaralanıb.
Hafiz Rufizoğlu