Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Qars-İğdır-Aralık-Dilucu xətti Zəngəzur dəhlizinin əsas komponenti olacaq - Uraloğlu

    21 Avqust 2025 16:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qars-İğdır-Aralık-Dilucu xətti Zəngəzur dəhlizinin əsas komponenti olacaq - Uraloğlu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Türkiyənin nəqliyyat sektorunda ən böyük layihələrdən biri olan və dəyəri təxminən 110 milyard lirə təşkil edən Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun təməlqoyma mərasimi sabah keçiriləcək.

    AzerVoice xəbər verir ki,Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu dəmir yolunun həm Zəngəzur dəhlizinin əsas hissəsi, həm də Türkiyənin Avrasiyada logistika mərkəzi mövqeyini gücləndirəcək strateji addım olduğunu bildirib. Nazir layihə üçün 2,4 milyard avro həcmində xarici kredit əldə olunduğunu, bunun ölkəyə valyuta axını yaradacağını vurğulayıb.

    Uraloğlunun sözlərinə görə, 224 kilometr uzunluğunda, elektrikləşdirilmiş və siqnallı cüt xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma gücünə sahib olacaq. Xətt üzrə beş tunel, 19 kəsilmiş-örtük tunel, 13 körpü, 14 keçid və yüzlərlə mühəndislik qurğusunun 2029-cu ilin sonuna qədər tamamlanması planlaşdırılır.

    Nazir əlavə edib ki, Zəngəzur dəhlizi Xəzər və Aralıq dənizi hövzələri arasında yeni ticarət yolu yaradaraq Avrasiyanın təchizat xətlərini gücləndirəcək. O, bu layihənin təkcə dəmir yolu deyil, həm də regional əməkdaşlıq, iqtisadi inkişaf və təhlükəsizlik baxımından mühüm infrastruktur olduğunu qeyd edib.

    Qeyd edək ki, Zəngəzur dəhlizi Orta Dəhlizin daha səmərəli fəaliyyətinə şərait yaradaraq Türkiyənin Şərqlə Qərb arasında əsas tranzit ölkəyə çevrilməsinə xidmət edəcək.

    #Türkiyə #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Zəngəzur dəhlizi #Orta Dəhliz #dəmir yolu #Nəqliyyat #Qars #Nəqliyyat vasitələri #nəqliyyat dəhlizi #Türkiyənin nəqliyyat layihələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    26 Avqust 2026 18:43
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.