İran qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrlə yükdaşıma və tranzit sahəsində qarşılıqlı əlaqələri inkişaf etdirir. TurkicWorld-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran parlamentinin abadlıq komitəsinin üzvlərinin iştirakı ilə keçirilən iclasda deyib. Onun sözlərinə görə, İranda tranzit və yükdaşıma sahəsində layihələr və dəhlizlər əhəmiyyəti nəzərə alınaraq diqqət mərkəzində saxlanılır. Sadiq bildirib ki, bu istiqamətdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi çərçivəsində əməliyyatlar davam etdirilir. Hazırda dəmiryolu xəttinin keçdiyi ərazinin mülkiyyətinin satın alınması işləri yekunlaşdırılıb.
#nəqliyyat dəhlizi
Zəngəzur Dəhlizi layihəsinin bütün komponentləri ilə həyata keçirilməsi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə çıxaracaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu hazırda CNN Türk-ün canlı yayımında Qars-İğdır-Aralık-Dilucu Yüksək Sürətli Dəmiryolu Xətti və Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verir. Nazir bildirib ki, layihə çərçivəsində Qarsdan Naxçıvana qədər uzanan 224 kilometrlik xəttin 150 kilometri artıq hazırdır və bərpa olunacaq, qalan 20 kilometri isə Azərbaycan tərəfi tikəcək. Hər iki ölkənin əməkdaşlığı ilə xətt eyni vaxtda tamamlanacaq və Bakıdan Qars istiqamətində sərnişin və yük daşımaları mümkün olacaq. Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizi 43 kilometrlik məsafəni əhatə edəcək və ən geci beş ildən sonra tam istifadəyə veriləcək. Bu yeni xəttin istifadəyə verilməsi ilə Bakı-Tbilisi-Qars marşrutuna alternativ təmin olunacaq və türk dünyası üçün daha qısa və problemsiz nəqliyyat marşrutu yaradılacaq.
Uraloğlunun sözlərinə görə, 224 kilometrlik xətt elektrikləşdirmə və siqnalizasiya ilə iki yollu şəkildə inşa olunacaq. İllik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə malik olacaq dəmir yolunda 5 tunel, 19 kəsilmiş-örtük tunel, 3 viyadük, 114 körpü, 7 yolaltı keçid və 480 suötürücü xətt nəzərdə tutulur. Layihənin 2029-cu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Qeyd edək ki, Nazir Uraloğlu Zəngəzur dəhlizinin bölgə və Türkiyə üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, dəhliz Xəzər və Aralıq dənizi hövzələri arasında yeni ticarət marşrutu yaradacaq, Türkiyəni yalnız tranzit ölkə deyil, həm də regional əməkdaşlıq və inkişafın mərkəzinə çevirəcək.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu dəmir yolunun həm Zəngəzur dəhlizinin əsas hissəsi, həm də Türkiyənin Avrasiyada logistika mərkəzi mövqeyini gücləndirəcək strateji addım olduğunu bildirib. Nazir layihə üçün 2,4 milyard avro həcmində xarici kredit əldə olunduğunu, bunun ölkəyə valyuta axını yaradacağını vurğulayıb. Uraloğlunun sözlərinə görə, 224 kilometr uzunluğunda, elektrikləşdirilmiş və siqnallı cüt xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma gücünə sahib olacaq. Xətt üzrə beş tunel, 19 kəsilmiş-örtük tunel, 13 körpü, 14 keçid və yüzlərlə mühəndislik qurğusunun 2029-cu ilin sonuna qədər tamamlanması planlaşdırılır.
ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan yeni razılaşma Zəngəzur dəhlizinin istismara verilməsini təmin edəcək. ABŞ prezidenti Donald Tramp 99 ilə qədər uzadılmış razılaşma çərçivəsində Azərbaycanın Naxçıvana çıxış əldə edəcəyini, Ermənistanın isə suverenliyinə hörmət ediləcəyini bildirib. Ekspertlərə görə, bu dəhliz Türkiyə üçün yalnız nəqliyyat marşrutu deyil, həm də enerji, nəqliyyat və rəqəmsal infrastruktur baxımından yeni inteqrasiya imkanları təqdim edəcək. Dəmir yolları, neft-qaz kəmərləri və fiber-optik şəbəkələr Türkiyəni regional enerji və kommunikasiya mərkəzinə çevirə bilər.
Layihə çərçivəsində Qaziantepi İskenderun Limanı ilə birləşdirəcək, hər biri 20 kilometr uzunluğunda olan və dəmir yolu ilə avtomobil yolunu birləşdirən funksional üç borulu tunel inşa ediləcək. Bu mühəndislik həlli dünyada ilk olacaq. Layihə, Amanos dağlarının altından keçərək səyahət müddətini əhəmiyyətli dərəcədə azaldacaq, bölgənin ixrac imkanlarını genişləndirəcək və iqtisadi fəallığı artıracaq.
İstanbulda qlobal nəqliyyat siyasətinin yol xəritəsi müəyyən ediləcək.