Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Azərbaycan Yaxın Şərq ölkələrinin də enerji təhlükəsizliyini təmin edir - Rufiz Hafizoğlu

    2 Avqust 2025 14:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan Yaxın Şərq ölkələrinin də enerji təhlükəsizliyini təmin edir - Rufiz Hafizoğlu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Bu gün Suriya ilə Azərbaycan arasında yeni bir mərhələnin başladığını müşahidə edirik. Azərbaycanın çoxvektorlu xarici siyasət strategiyasında Yaxın Şərq dövlətləri ilə əlaqələr önəmli yer tutmaqdadır. Azərbaycanın Əsəd rejiminin devrilməsindən sonra Suriya ilə əlaqələrini canlandırması da bunu bir daha sübut edir.

    Bu sözləri AzerVoice-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoglu söyləyib.

    O bildirib ki, Suriyada yeni hakimiyyətin formalaşmasından qısa bir müddət sonra Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyaya səfər etdi. Tərəflər arasında keçirilən rəsmi görüşlərdə Azərbaycan Suriyadan olduqca müsbət mesajlar aldı. Daha sonra isə Azərbaycan və Suriya prezidentlərinin lV Antalya Diplomatik Forumu çərçivəsində görüşləri oldu və bunun məntiqi ardıcıllığı kimi Suriya Prezidenti iyulun 12-də Azərbaycana səfər etdi.

    “Azərbaycanın Yaxın Şərq siyasəti heç də yeni deyil. Digər bir tərəfdən Azərbaycan Yaxın Şərqdə münaqişələrin həlinə yönələn vasitəçilik missiyası ilə də çıxış edib. Təbii olaraq bu da Prezident İlham Əliyevin simasında Azərbaycanın hər yerdə olduğu kimi, Yaxın Şərqdə də etibarlı tərəfdaş olduğunu təsdiqləyib.

    Azərbaycanın enerji resurslara sahib olan digər ölkələrdən əsas fərqi odur ki, bu resursları heç vaxt təzyiq və siyasi mexanizm kimi istifadə etmir. Əksinə, bu resurslar və Azərbaycanın enerji layihələri yalnız regionun rifahına xidmət edir. Nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə sülhün kilid ölkəsi hesab edilən Suriya Azərbaycan üçün, eyni zamanda, bir enerji bazarıdır. Dünyada Azərbaycan qazı üçün artan rəqabət fonunda ölkəmizin qazının diversifikasiya imkanları daha da genişlənib. Azərbaycan, sadəcə, Avropanın enerji təhlükəsizliyini deyil, eyni zamanda, Yaxın Şərq ölkələrinin də enerji təhlükəsizliyini təmin edir. Digər bir tərəfdən xüsusi olaraq qeyd etmək istərdim ki, qardaş Türkiyənin enerji habına çevrilməsində Azərbaycanın rolu əvəzsizdir. Düşünmürəm ki, Azərbaycan çox ciddi potensiala sahib olan Yaxın Şərq enerji bazarında, sadəcə, Suriya ilə kifayətlənsin. Burada gələcək illərdə Suriya və İordaniya arasında qaz kəmərinin bərpa ediləcəyi təqdirdə Azərbaycan qazının İordaniyaya da çıxacağı istisna deyil, hətta bu qaz kəmərinin ölkəmiz tərəfindən bərpa edilməsi də gündəmə gələ bilər", - R.Hafizoğlu vurğulayıb.

    O bildirib ki, Prezident İlham Əliyevin balanslı mövqeyi, həm regional güclərlə, həm də qlobal aktorlarla qurduğu strateji tərəfdaşlıq münasibətləri Azərbaycanın Yaxın Şərqdə nüfuzunu artırıb, eyni zamanda, ölkəmizi etibarlı tərəfdaş kimi dünyada önə çıxarıb. Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan bu siyasət nəticəsində Azərbaycan təkcə enerji və təhlükəsizlik sahəsində deyil, həm də humanitar və siyasi məsələlərdə Yaxın Şərqdə etibarlı söz sahibi kimi tanınır. Ölkəmizin Yaxın Şərqdə artan təsiri onun beynəlxalq müstəvidə müstəqil və milli maraqlara söykənən siyasət yürütməsinin təbii nəticəsidir. Bu uğurlu xətt gələcəkdə də regionun siyasi dinamikasında ölkəmizin aktiv iştirakını təmin edəcək.

    #Türkiyə #Azərbaycan #Bakı #Rufiz Hafizoğlu #Ankara #Suriya #Dəməşq #Yaxın Şərq #Suriya-Azərbaycan təbii qaz layihəsi #Suriya-Türkiyə-Azərbaycan üçtərəfli əlaqələr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bəhreyn İranın hava hücumlarının qarşısının alındığını açıqlayıb

    22 İyul 2026 18:47

    İran ABŞ-nin nüvə obyektləri ilə bağlı təhdidlərinə sərt cavab verdi

    22 İyul 2026 18:42

    ABŞ Hörmüz boğazındakı Lərək adasına raket zərbəsi endirib - İran

    22 İyul 2026 18:39

    Tramp İranla müharibədə həlak olan ABŞ hərbçilərinin qarşılanma mərasimində iştirak edəcək

    22 İyul 2026 18:36

    İran ordusu İordaniyadakı hərbi bazaları vurduğunu iddia edib

    22 İyul 2026 18:17

    Pakistan husilərin Səudiyyə Ərəbistanını müharibəyə cəlb etmək cəhdlərindən narahatdır

    22 İyul 2026 18:11

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    Türkiyə XİN Husilərin Səudiyyə blokadasını qınadı

    22 İyul 2026 16:54

    İordaniya dörd İran dronunu vurdu

    22 İyul 2026 16:42

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Yaxın Şərqdə sabitliyi pozan qüvvə İrandır - Rubio

    22 İyul 2026 14:19

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    22 İyul 2026 12:04
    XƏBƏR LENTİ

    İraqın baş naziri sabah İrana səfər edəcək

    Bəhreyn İranın hava hücumlarının qarşısının alındığını açıqlayıb

    İran ABŞ-nin nüvə obyektləri ilə bağlı təhdidlərinə sərt cavab verdi

    ABŞ Hörmüz boğazındakı Lərək adasına raket zərbəsi endirib - İran

    Tramp İranla müharibədə həlak olan ABŞ hərbçilərinin qarşılanma mərasimində iştirak edəcək

    Avropa İttifaqı ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə Qırmızı dənizdən uzaq durmağı tövsiyə edib

    İran ordusu İordaniyadakı hərbi bazaları vurduğunu iddia edib

    Lavrov Manila şəhərində ABŞ dövlət katibi ilə görüşəcək

    Pakistan husilərin Səudiyyə Ərəbistanını müharibəyə cəlb etmək cəhdlərindən narahatdır

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.