Bakı, AzerVoice
İsrailin, Tel-Əviv-Tehran gərginliyi fonunda "Gürcüstandakı və Azərbaycandakı əsgərlərinin geri çağırılması haqqında” verdiyi bəyanat provakativ xarakter daşıyır.
Bunu siyasi şərhçi Rufiz Hafizoğlu deyib.
"Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisində nə bir əcnəbi əsgər, nə də hər hansısa xarici hərbi baza yoxdur." - deyə Rufiz Hafizoğlu bildirib.
O qeyd edib ki, İsrailin bəyanatı Azərbaycan və İran münasibətlərini gərginləşdirməklə yanaşı, Azərbaycan və Türkiyə münasibətlərinə xələl gətirmək, eləcə də Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində nüfuzdan salmağı hədəfləyir.
Hafiz Rufizoğlu