Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    10 qətərli CEO Forbesin Top 100 CEO siyahısına daxil edilib

    18 Noyabr 2025 23:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    10 qətərli CEO Forbesin Top 100 CEO siyahısına daxil edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Qətərdə fəaliyyət göstərən on yüksək vəzifəli CEO Forbes Middle East jurnalının açıqladığı “Yaxın Şərqin Top 100 CEO-su” siyahısına daxil edilib.

    AzerVoice xəbər verir ki, 18 noyabr 2025-ci il tarixində dərc olunan beşinci illik reytinq bölgənin innovasiya, iqtisadi diversifikasiya və qlobal rəqabət qabiliyyəti istiqamətində irəliləyişinə rəhbərlik edən şəxsləri əhatə edir. Forbes Middle East açıqlamasında bildirib ki, bu nəşrdə regionun inkişafına rəhbərlik edən edən CEO-lar yer alıb və siyahıda BƏƏ və bank sektorunun nümayəndələri üstünlük təşkil edir.

    Məlumata əsasən, Qətər Enerji İşləri üzrə Dövlət Naziri və QatarEnergy-nin Prezidenti və İcraçı Direktoru Səad Şeridə əl-Kaabi siyahıda 5-ci, QNB Grupun baş direktoru Abdullah Mübarək əl-Xəlifə isə 9-cu yerdə qərarlaşıb.

    Siyahıda yer alan digər qətərli rəhbərlər bunlardır:

    Ooredoo Group CEO-su Aziz Alutman Faxru-38-ci yer

    Doha Bank Group CEO-su Əbdülrəhman bin Fəhad Al Tani - 58-ci yer

    Qatar Financial Centre CEO-su Yusuf əl-Caidə - 62-ci yer

    Qatar Islamic Bank Group CEO-su Basel Qamal - 64-cü yer

    Qatar Insurance Group CEO-su Salim əl-Mannai - 68-ci yer

    Qatar Gas Transport Company (Nakilat) CEO-su Abdullah əl-Sülaiti - 75-ci yer

    Qatar Free Zones Authority CEO-su Məhəmməd bin Həməd bin Faysal Al Tani - 81-ci yer

    Al Rayyan Tourism Investment Company CEO-su və MD-si Tarek M. əl-Seyid - 84-cü yer

    Forbes Middle East qeyd edib ki, qiymətləndirmə CEO-ların regiona, ölkələrinə və xidmət göstərdikləri bazarlara təsiri, onların təcrübəsi və rəhbərlik müddəti, şirkətlərin həcmi, son bir ildə əldə olunan nailiyyətlər və yeniliklər əsasında aparılıb.

    2025-ci il siyahısında ümumilikdə 18 müxtəlif millətdən olan CEO-lar yer alıb və bank-maliyyə sektoru üstünlük təşkil edib.

    #BƏƏ #Qətər #Forbes Middle East #QatarEnergy #Yaxın Şərqin Top 100 CEO-su #Qətər Enerji İşləri üzrə Dövlət Naziri #Səad Şeridə əl-Kaabi #QNB Grup #Abdullah Mübarək əl-Xəlifə #Ooredoo Group #Aziz Alutman Faxru #Doha Bank Group #Əbdülrəhman bin Fəhad Al Tani #Qatar Financial Centre #Yusuf əl-Caidə #Qatar Islamic Bank Group #Basel Qamal #Qatar Insurance Group #Salim əl-Mannai #Qatar Gas Transport Company (Nakilat) #Abdullah əl-Sülaiti #Qatar Free Zones Authority #Məhəmməd bin Həməd bin Faysal Al Tani #Al Rayyan Tourism Investment Company #Tarek M. əl-Seyid
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11

    BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib

    2 Sentyabr 2026 14:51

    Qətər və BƏƏ mayeləşdirilmiş qazı Hörmüz boğazından kənarda daşıyır

    2 Sentyabr 2026 12:51

    Qətərdə sentyabr ayı üçün yanacaq qiymətləri açıqlanıb

    2 Sentyabr 2026 10:36

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    1 Sentyabr 2026 22:45

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    ABŞ–İran qarşılıqlı zərbələrindən sonra neftin qiyməti 90 dolları keçib

    1 Sentyabr 2026 18:14

    Qətərdə ticari əməliyyatların 86 faizi elektron icra olunub -Ticarət və Sənaye Nazirliyi

    1 Sentyabr 2026 11:50

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    31 Avqust 2026 14:55

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    31 Avqust 2026 13:52

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.