Hərb tarixi: Döyüş xronikası

1930-cu il martın 12-də Hindistanın müstəqillik hərəkatının lideri Mohandas Qandi Britaniya hakimiyyətinin tətbiq etdiyi duz monopoliya siyasətinə etiraz olaraq tarixə düşən vətəndaş itaətsizliyi aksiyasına başlayıb. Qandi Sabarmati şəhərindən 78 tərəfdarı ilə birlikdə Ərəb dənizi sahilində yerləşən Dandi şəhərinə doğru 241 millik yürüşə çıxaraq Britaniya imperiyasının duz qanunlarına açıq şəkildə meydan oxuyub.

2011-ci il 11 mart tarixində Yaponiyanın tarixində qeydə alınmış ən güclü zəlzələlərdən biri baş verdi. Zəlzələnin ardınca yaranan güclü sunami ölkənin şimal-şərqində yerləşən Töhoku regionunu ciddi şəkildə dağıtdı. Bu təbii fəlakət nəticəsində Fukuşima Daiiçi atom elektrik stansiyasında böyük nüvə qəzası baş verdi. Hadisə tarixdə Çernobıl qəzasından sonra ikinci ən böyük nüvə fəlakəti hesab olunur.

İkinci Dünya müharibəsinin ən dəhşətli səhifələrindən biri olan Tokio bombardmanı yüz minlərlə insanın taleyini dəyişdirən faciə kimi tarixə düşüb. 1945-ci il martın 10-da ABŞ tərəfindən Yaponiyanın paytaxtı Tokioya qarşı həyata keçirilən genişmiqyaslı hava hücumu müasir hərb tarixinin ən dağıdıcı bombardmanlarından biri hesab olunur. Rəsmi əməliyyat adı Operation Meetinghouse olan bu hücum zamanı yüzlərlə B-29 bombardmançı təyyarəsi şəhərə napalm və yandırıcı bombalar yağdırıb. Həmin gecə Tokio əsasən yaşayış məhəllələrinin sıx yerləşdiyi rayonlarda alov dənizinə çevrilib. Hücum gecə saatlarında başlayıb və şəhərin böyük hissəsi qısa müddətdə yanğın girdabına düşüb. Bombardmanın əsas məqsədi sənaye və hərbi istehsal şəbəkəsini zəiflətmək kimi təqdim olunsa da, hücumun ən ağır nəticələrini mülki əhali yaşayıb.

İkinci dünya müharibəsinin son mərhələsində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Yaponiyanın paytaxtı Tokioya qarşı həyata keçirilən “Meetinghouse” əməliyyatı nəticəsində şəhər bir gecədə böyük miqyaslı dağıntıya məruz qalıb və on minlərlə mülki insan həyatını itirib. 1945-ci il martın 9-dan 10-na keçən gecə başlanan bombardman zamanı ABŞ-a məxsus B-29 tipli strateji bombardmançı təyyarələr Tokio üzərinə böyük miqdarda yandırıcı napalm bombaları atıb. ABŞ hərbi rəhbərliyi hücumun təsirini artırmaq üçün təyyarələrdən müdafiə pulemyotlarının çıxarılmasına qərar verərək onların daha çox bomba daşımasına imkan yaradıb. Beləliklə, hər bir təyyarə əvvəlkindən iki dəfə artıq – təxminən 6 tona yaxın yandırıcı sursatla yüklənmişdi.