Hərb tarixi: Döyüş xronikası

1978-ci il sentyabrın 17-də ABŞ-ın Merilend ştatındakı prezident iqamətgahı Kemp-Deviddə imzalanan bu saziş, müasir diplomatiya tarixinin ən mürəkkəb və mühüm sənədlərindən biridir. 12 gün davam edən tam məxfi danışıqlardan sonra əldə olunan razılaşma Misir prezidenti Ənvər Sadat, İsrailin Baş naziri Menaxem Begin və vasitəçi ABŞ prezidenti Cimmi Karterin iştirakı qəbul edilib.

Səudiyyə Ərəbistanının üçüncü kralı Feysəl ibn Əbdüləzizin hakimiyyəti dövründə tətbiq edilən neft embarqosu, Yaxın Şərq tarixində iqtisadi resursların diplomatik təzyiq vasitəsi kimi istifadə olunmasının ən kəskin nümunəsi hesab edilir. Bu strategiya 1973-cü ildə baş vermiş "Yom Kippur" müharibəsi fonunda ABŞ və digər Qərb dövlətlərinin İsrailə birtərəfli dəstəyinə cavab olaraq həyata keçirilib.

XIV əsrdə Osmanlıların və Qərbi Anadoludakı türk bəyliklərinin sürətli irəliləyişi qarşısında aciz qalan Bizans imperiyası hərbi vasitələrlə istədiyi nəticəni əldə edə bilmirdi. Muzdlu Katalon və Alan əsgərlərindən istifadə də türkmən hücumlarının qarşısını almaqda yetərli olmadı. Bu vəziyyətdə Bizans daha əvvəl sınaqdan keçirdiyi bir üsula – diplomatik ittifaqlara üz tutdu. İmperiya türkmənlərə qarşı Elxani dövlətindən istifadə etməyi planlaşdırdı. Bizans imperatoru II Andronikos nikah diplomatiyasını işə salaraq Elxani sarayına elçi göndərdi.