Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail-Livan razılaşması müharibə qurbanlarının hüquqlarını zəiflədə bilər

    3 İyul 2026 20:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail-Livan razılaşması müharibə qurbanlarının hüquqlarını zəiflədə bilər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Beynəlxalq hüquq müdafiə təşkilatları İsrail ilə Livan arasında imzalanmış çərçivə razılaşmasının müharibə cinayətlərindən zərər çəkən şəxslərin ədalətə çıxış imkanlarını məhdudlaşdıra biləcəyini bildiriblər.

    VOA xəbər verir ki, beynəlxalq hüquq müdafiə təşkilatlarının yaydığı birgə bəyanatda qeyd olunur ki, ötən ay İsrail ilə Livan arasında imzalanmış çərçivə razılaşmasının bəzi müddəaları müharibə cinayətləri qurbanlarının beynəlxalq məhkəmə və digər hüquqi mexanizmlərə müraciət imkanlarını zəiflədə bilər.

    Bəyanatda, həmçinin İsrail qüvvələrinin nəzarətində qalan Livanın cənub bölgələrindən on minlərlə sakinin uzunmüddətli məcburi köçkün vəziyyətində qalmasına şərait yarada biləcək müddəaların narahatlıq doğurduğu vurğulanıb.

    Xatırladılıb ki, ABŞ-nin vasitəçiliyi ilə iyunun 26-da imzalanmış razılaşma Livan ordusunun ölkənin cənubunda nəzarəti bərpa etməsini və İsrail qüvvələrinin həmin ərazilərdən mərhələli şəkildə geri çəkilməsini nəzərdə tutur.

    Beynəlxalq Əfv Təşkilatının baş katibi Aqnes Kallamar bildirib ki, Livanda mülki əhali uzun illərdir münaqişələrin və beynəlxalq hüquq pozuntularının ağır nəticələrini yaşayır. Onun sözlərinə görə, müharibə cinayətləri və digər ağır hüquq pozuntularının qurbanları ədalət, məsuliyyətin müəyyən edilməsi və ziyanın ödənilməsi hüququndan məhrum edilməməlidirlər.

    #İsrail #ABŞ #Livan #Müharibə cinayətləri #İnsan hüquqları #çərçivə razılaşması #Beynəlxalq Əfv Təşkilatı #Aqnes Kallamar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    21 Avqust 2026 22:43

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    21 Avqust 2026 22:06

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    21 Avqust 2026 21:31

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    Meksikalı qubernator ABŞ-nin kartel ittihamlarından sonra işinə qayıdıb

    21 Avqust 2026 20:35

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

    21 Avqust 2026 19:50

    Pekin Vaşinqton və Tehranı danışıqlar masasına çağırıb

    21 Avqust 2026 19:03

    Hizbullah ABŞ-nin İranla bağlı iddiasını rədd edib

    21 Avqust 2026 18:51

    ABŞ-nin iqtisadi təzyiqi Yaxın Şərqdəki münaqişəni həll etməyəcək - Çin

    21 Avqust 2026 18:43

    İsrail ordusu Livanın cənubunda güclü partlayışlar törədib

    21 Avqust 2026 18:22
    XƏBƏR LENTİ

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.