Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubuna zərbələri davam etdirir

    16 İyun 2026 12:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubuna zərbələri davam etdirir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    İsrail ordusu Livanda qüvvədə olan atəşkəs rejiminə və ABŞ ilə İran arasında əldə olunduğu bildirilən son razılaşmalara baxmayaraq, ölkənin cənub bölgələrinə hücumlarını davam etdirib.

    Livanın dövlət informasiya agentliyinin yaydığı məlumata görə, İsrail artilleriyası Cəzzin bölgəsində yerləşən Reyhan yaşayış məntəqəsinin ətraf ərazilərini atəşə tutub.

    Bununla yanaşı, gecə saatlarından sonra İsrail qüvvələri Səccid və Mahmudiyyə yaşayış məntəqələrinə də artilleriya zərbələri endirib.

    Xatırladaq ki, aprelin 17-də qüvvəyə minən atəşkəs rejimi daha sonra mayın 17-də əlavə 45 gün müddətinə uzadılmışdı. Buna baxmayaraq, tərəflər arasında gərginlik tam aradan qalxmayıb və bölgədə hərbi fəaliyyətlər davam edir.

    İyunun 15-də Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ ilə İran arasında razılıq əldə olunduğunu açıqlayaraq bildirmişdi ki, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar dərhal və daimi şəkildə dayandırılacaq.

    İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi də Vaşinqton və Tehran arasında razılığın əldə edildiyini təsdiqləyib. O bildirib ki, tərəflər arasında qarşılıqlı anlaşma memorandumunun iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır.

    İsrail martın 2-də Livan ərazisinə qarşı genişmiqyaslı hava hücumlarına başlamış və ölkənin cənubundakı bir sıra yaşayış məntəqələrində nəzarəti ələ keçirmişdi. Həmin dövrdə Livan hökuməti ölkə daxilində məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlamışdı.

    ABŞ Prezidenti Donald Tramp aprelin 24-də bəyan etmişdi ki, aprelin 17-də qüvvəyə minmiş Livan–İsrail arasında 10 günlük müvəqqəti atəşkəs daha üç həftə uzadılıb.

    Mayın 14-15-də ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail nümayəndələri arasında keçirilən üçüncü danışıqlar raundunun yekununda tərəflər mayın 17-dən etibarən atəşkəs rejiminin əlavə 45 gün müddətinə uzadılması barədə razılığa gəlmişdilər.

    Livan Səhiyyə Nazirliyinin son məlumatına əsasən, martın 2-dən bəri İsrailin hücumları nəticəsində 3 798 nəfər həyatını itirib.

    Vaşinqtonda keçirilən dördüncü danışıqlar raundundan sonra ABŞ Dövlət Departamenti iyunun 3-də açıqlamışdı ki, İsrail və Livan genişmiqyaslı atəşkəs barədə razılıq əldə ediblər. Razılaşmaya əsasən, “Hizbullah” hərəkatının bütün hücumları dayandırması və qüvvələrini Litani çayının şimalına çəkməsi tələb olunurdu.

    Lakin “Hizbullah” bu şərtlərə əsaslanan razılaşmanı qəbul etməyərək onu rədd edib.

    Bütün bunlara baxmayaraq, bölgədə atəşkəs elan olunmasına dair razılaşmaların mövcudluğu fonunda İsrail ordusunun Livan ərazisinə zərbələri davam edir və sərhəd bölgələrində vəziyyət gərgin olaraq qalır.

    #Donald Tramp #Hizbullah #Şahbaz Şərif #ABŞ vasitəçiliyi #Kazim Qəribabadi #Livan Səhiyyə Nazirliyi #ABŞ İran razılaşması #Cənubi Livan #Litani çayı #İsrail Livan münaqişəsi #Livanda atəşkəs #İsrail artilleriya zərbələri #Reyhan yaşayış məntəqəsi #Cəzzin bölgəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ-la danışıqlar aparmadığını açıqlayıb

    3 Avqust 2026 12:17

    Qarşı tərəfin imzaladığı memoranduma əməl etməsini təmin etməliyik - Pezeşkian

    3 Avqust 2026 09:46

    Torpağımızın hər qarışı bizim haqqımızdır - Rudolf Heykal

    1 Avqust 2026 22:19

    Tramp Linkoln Memorialındakı hovuzla bağlı Ədliyyə Nazirliyinə etiraz edib

    1 Avqust 2026 21:51

    Cey Kleyton bazar ertəsi ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə başlayacaq

    1 Avqust 2026 21:46

    İsrailin Cənubi Livandakı dağıntıları ciddi narahatlıq doğurur - BMT

    1 Avqust 2026 21:35

    ABŞ Yaxın Şərq üzrə səyahət xəbərdarlığını yeniləyib

    1 Avqust 2026 20:56

    İsrail ordusu Cənubi Livanda "Hizbullah" üzvlərinin öldürüldüyünü iddia edib

    1 Avqust 2026 20:53

    İsrail Cənubi Livandakı Nəbatiyyə əl-Fövqa qəsəbəsinə pilotsuz uçuş aparatı ilə zərbə endirib

    1 Avqust 2026 19:25

    Todd Blanş təsdiqlənməsə də vəzifəsində qalacaq - Tramp

    1 Avqust 2026 18:53

    Trampın Qəzza planı seçkilərlə əlaqələndirilib

    1 Avqust 2026 18:42

    İsrail Qəzzada hərbi üstünlüyünü nümayiş etdirməyə çalışır

    1 Avqust 2026 18:34
    XƏBƏR LENTİ

    Azərbaycan XİN mədən qəzası ilə bağlı Pakistana başsağlığı verib

    İran ABŞ-la danışıqlar aparmadığını açıqlayıb

    Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

    Ağdərədə 2 nəfər minaya düşdü

    Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub

    Qarşı tərəfin imzaladığı memoranduma əməl etməsini təmin etməliyik - Pezeşkian

    “Bir yəhudinin həyatı 10 milyon fələstinlininkinə bərabərdir” - İsraildə radikal düşüncənin dərinləşən kökləri

    Muzdlu dəstələrdən qlobal hərbi gücə - ABŞ ordusu necə dünyanın ən güclü ordusuna çevrildi?

    Bu gün Xristofor Kolumb İspaniyadan Amerika qitəsinə doğru səfərə çıxdı

    Tarixdə bu gün – 3 Avqust

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.