BAKI,VOA,Yusif Şərifzadə
Küveyt müdafiə nazirliyinin sözçüsü bildirib ki, silahlı qüvvələr son 48 saat ərzində hava məkanına daxil olmuş 24 düşmən pilotsuz uçuş aparatını (PUA) qarşısını alıb.
VOA xəbər verir ki, general-mayor Saud Əbdüləziz əl-Otaybi əlavə edib ki, İranın hücumları “maddi ziyanla məhdudlaşmış və insan tələfatına səbəb olmayıb”. Nazirlik həmçinin bildirib ki, silahlı qüvvələr vətəndaşların və sakinlərin təhlükəsizliyini qorumaq, milli təhlükəsizliyi gücləndirmək məqsədilə öz vəzifələrini səmərəli və hazır vəziyyətdə davam etdirir.
Küveytin müdafiə nazirliyi qeyd edib ki, bu əməliyyatlar hava məkanının qorunması və milli təhlükəsizliyin təmin olunması üçün davamlı olaraq həyata keçirilir. Nazirlik həmçinin vətəndaşların və yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin edilməsinin prioritet olduğunu vurğulayıb.