BAKI,VOA, Fərid Mikayılov
Avropa İttifaqının böhranların idarə olunması üzrə komissarı Hadja Lahbib Livan əhalisinin yarıdan çoxunun humanitar yardımdan asılı vəziyyətdə olduğunu bildirib.
VOA xəbər verir ki, Livanda yaşayan 5,8 milyon nəfərin 3 milyondan çoxu həyatda qalmaq üçün yardıma ehtiyac duyur.
Beyrutda Livan Prezidenti Josef Aun ilə görüşdən sonra danışan Aİ rəsmisi qeyd edib ki, martın 2-dən başlayan müharibə dövründə Avropa İttifaqı Livana 100 milyon avro yardım ayırıb və humanitar yüklərlə altı təyyarə göndərib. Yeddinci yardım təyyarəsinin isə yaxın günlərdə ölkəyə çatacağı gözlənilir.
Bildirilib ki, İsrailin Livana endirdiyi zərbələr nəticəsində mart ayından bəri 2700-dən çox insan həlak olub, ən azı bir milyon nəfər isə məcburi köçkünə çevrilib.
Qeyd olunub ki, aprelin 17-də Vaşinqtonun vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusunun hücumları və Livanın cənubundakı əməliyyatları davam edir.