Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    ABŞ qüvvələri Suriyanın Həsəkə bölgəsindəki Əl-Şəddadi bazasını tərk edir

    5 Fevral 2026 11:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ qüvvələri Suriyanın Həsəkə bölgəsindəki Əl-Şəddadi bazasını tərk edir
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Fərid Mikayılov

    ABŞ-a məxsus hərbi qüvvələr Suriyanın şimal-şərqində, Həsəkə vilayətinin Əl-Şəddadi bölgəsində yerləşən hərbi bazadan tam şəkildə geri çəkilməyə hazırlaşır. Məlumata görə, geriçəkilmə prossesinin növbəti 24 saat ərzində tamamlanacağı gözlənilir.

    AzerVoice xəbər verir ki, beynəlxalq koalisiyaya aid yük maşınlarından ibarət karvan İraq ərazisindən Yaarubiya sərhəd keçidi vasitəsilə Suriyaya daxil olaraq Əl-Şəddadi bazasına istiqamət alıb.

    Şahidlər boş yük maşınlarının bazadakı hərbi texnikanın daşınması üçün göndərildiyini bildiriblər.

    Eyni zamanda, ABŞ ordusuna məxsus digər mühüm hərbi obyekt – Xarəb əl-Cir bazasının da boşaldıldığı qeyd olunur. Yerli sakinlər bazada dron səslərinin eşidildiyini, vaxtaşırı atəş səslərinin gəldiyini və bəzi mövqelərin məhv edildiyini bildiriblər. Bu addımlar beynəlxalq koalisiya qüvvələrinin bazanı tam tərk etməsi ilə əlaqələndirilir.

    ABŞ qüvvələrinin geri çəkilməsi fonunda Suriya hökumət qüvvələri Qamışlı şəhərinə daxil olub. Daxili təhlükəsizlik qüvvələrinin karvanı şəhərə daxil olaraq hava limanı və hökumət binalarına nəzarəti ələ almağa hazırlaşır.

    Qeyd edək ki, son həftələrdə kürd silahlı qüvvələri hökumət ordusunun irəliləməsi fonunda bir sıra əraziləri tərk edib. Bu proses Suriya rəhbərliyinin ölkə ərazisində mərkəzi hakimiyyəti bərpa etmək cəhdləri ilə əlaqələndirilir.

    ABŞ qoşunları Əl-Şəddadi bazasını tərk edir

    Suriyanın şimal-şərqində ABŞ hərbi mövcudluğu azalır

    Həsəkə və Qamışlıda yeni təhlükəsizlik mərhələsi

    ABŞ ordusunun Suriyadan çıxışı, Əl-Şəddadi hərbi bazası, Həsəkə vilayətində ABŞ qüvvələrinin geri çəkilməsi, Xarəb əl-Cir bazasının boşaldılması, beynəlxalq koalisiya, ABŞ-Suriya münasibətləri, Qamışlıda Suriya hökumət qüvvələri, kürd qüvvələrinin mövqeləri, Suriya şimal-şərqi hərbi vəziyyət, Yaarubiya sərhəd keçidi, ABŞ hərbi texnikasının daşınması, Yaxın Şərqdə geopolitik dəyişikliklər, regional təhlükəsizlik, ABŞ anti-İŞİD koalisiyası, Suriyada hakimiyyətin bərpası

    • ABŞ ordusu Suriyadan çıxır
    • Əl-Şəddadi bazası Həsəkə
    • Qamışlı Suriya ordusu
    • ABŞ koalisiyası geri çəkilir
    • Suriyada hərbi balans dəyişir
    • Yaxın Şərq təhlükəsizliyi

    #ABŞ #Suriya #ABŞ ordusunun Suriya əməliyyatı #Həsəkə vilayəti #Əl-Şəddadi #ABŞ ordusu Suriyadan çıxır #Əl-Şəddadi bazası #ABŞ-Suriya münasibətləri #Suriya şimal-şərqi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Yaxın Şərqdə sabitliyi pozan qüvvə İrandır - Rubio

    22 İyul 2026 14:19

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    22 İyul 2026 11:34

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    22 İyul 2026 10:36

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    21 İyul 2026 22:16

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    21 İyul 2026 21:59

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21
    XƏBƏR LENTİ

    Türkiyə XİN Husilərin Səudiyyə blokadasını qınadı

    İordaniya dörd İran dronunu vurdu

    Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

    Misirdə fəaliyyət göstərən azərbaycanlı alim Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub

    ABŞ aviaşirkətləri Livana uçuşlar həyata keçirə bilər

    Məhəmməd bin Salman Mərkəzi-Xəttatlıq üzrə ən böyük kitabxana

    Səudiyyədə istifadəsiz torpaqlar tikintiyə cəlb olunacaq

    Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanunda dəyişiklikləri təsdiqləyib

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.