#ABŞ ordusunun Suriya əməliyyatı

ABŞ-a məxsus hərbi qüvvələr Suriyanın şimal-şərqində, Həsəkə vilayətinin Əl-Şəddadi bölgəsində yerləşən hərbi bazadan tam şəkildə geri çəkilməyə hazırlaşır. Məlumata görə, geriçəkilmə prossesinin növbəti 24 saat ərzində tamamlanacağı gözlənilir. Şahidlər boş yük maşınlarının bazadakı hərbi texnikanın daşınması üçün göndərildiyini bildiriblər.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada İŞİD terror qruplaşmasına qarşı həyata keçirilən “Hawkeye” (Şahin Gözü) əməliyyatı çərçivəsində 70-dən çox hədəfin vurulduğunu açıqlayıb. Əməliyyat dekabrın 13-də Suriyanın Palmira (Tədmur) bölgəsində İŞİD tərəfindən həyata keçirilən və 2-si ABŞ hərbçisi olmaqla 3 ABŞ vətəndaşının həlak olduğu hücuma cavab olaraq icra edilib. Bildirilib ki, əməliyyat ABŞ Prezidenti Donald Trampın göstərişi ilə başladılıb.