Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail Livanda daha 3 nəfəri öldürüb

    22 Dekabr 2025 20:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail Livanda daha 3 nəfəri öldürüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Livan hökuməti İsrailin Sidon şəhəri yaxınlığında avtomobili hədəfə alan zərbəsi nəticəsində üç nəfərin həlak olduğunu bildirib.

    AzerVoice-un məlumatına görə, Livanın dövlətə məxsus Milli Xəbər Agentliyi hücumun İsrailə məxsus pilotsuz uçuş aparatı tərəfindən həyata keçirildiyini və hadisənin Sidon şəhərindən təxminən 10 kilometr məsafədə baş verdiyini açıqlayıb. Livanın Səhiyyə Nazirliyi də ölənlərin sayının üç nəfər olduğunu təsdiqləyib.

    İsrail ordusu isə yayımladığı bəyanatda Sidon bölgəsində Hizbullah üzvlərinin hədəfə alındığını bildirib.

    Qeyd edək ki, 2024-cü ilin noyabrında İsrail ilə İranın dəstəklədiyi Hizbullah arasında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrail Livan ərazisinə mütəmadi olaraq zərbələr endirməyə davam edir. İsrail bu hücumları Hizbullahın yenidən silahlanması ilə əsaslandırır.

    ABŞ-ın ciddi təzyiqləri və İsrailin hücumları genişləndirməsi ilə bağlı narahatlıqlar fonunda Livan Hizbullahın silahsızlaşdırılmasına razılıq verib. Livan ordusu ilin sonunadək Litani çayının cənubunda bu prosesi başa çatdırmağı planlaşdırır.

    Son insident Livan və İsrail tərəflərinin atəşkəsə nəzarət komitəsi çərçivəsində ikinci dəfə bir araya gəlməsindən sonra baş verib. Komitəyə Livan, İsrail, ABŞ, Fransa və BMT-nin Livandakı Müvəqqəti Qüvvələri daxildir.

    Livan prezidenti Cozef Aun bildirib ki, danışıqların məqsədi döyüş əməliyyatlarını dayandırmaq, İsrail qüvvələrinin bölgədən çıxarılması, saxlanılan şəxslərin qaytarılması və cənub sakinlərinin evlərinə dönməsinin təmin edilməsidir.

    Bu arada İsrail cənubi Livanda strateji hesab etdiyi beş ərazidə hərbi mövcudluğunu saxlayır. Son atəşkəsdən bəri İsrailin hücumları nəticəsində Livanda 340-dan çox insan həlak olub.

    #Atəşkəs pozuntusu #Hizbullahın silahsızlaşdırılması #Livan: İsrailin Sidon yaxınlığındakı zərbəsi üç nəfərin ölümünə səbəb olub #İsrail Sidon bölgəsində avtomobili hədəfə alıb #ölənlər var #Sidon yaxınlığında İsrailin PUA zərbəsi: 3 nəfər ölüb #İsrail–Livan gərginliyi: Sidon ətrafında yeni ölümcül hücum #İsrailin Livana hücumları #İsrail Sidon yaxınlığında niyə zərbə endirdi #Sidon ətrafında İsrail hücumu nəticəsində ölənlər #Hizbullah və Livan ordusu ilə bağlı son vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran sakinləri xəbərdar etdi: Beyrutun cənub qəsəbələrinə hücum olsa, ərazini tərk edin

    1 İyun 2026 20:05

    Qəzzada son 48 saatda İsrail hücumları nəticəsində 5 fələstinli həlak oldu

    9 May 2026 15:21

    İran atəşkəsdən sonra ABŞ qüvvələrinə azı 10 dəfə hücum edib – general Keyn

    5 May 2026 19:52

    ABŞ atəşkəsi pozub, danışıqlara qayıdış barədə qərar verilməyib - İran XİN

    20 Aprel 2026 12:04

    İsrailin Livana hücumları danışıqlar qrafikini dəyişməyəcək - Pakistan rəsmisi

    9 Aprel 2026 15:35

    Türkiyə sahillərində miqrant qayığı batıb - 11 nəfər həlak olub

    1 Aprel 2026 10:58

    Ölüm ya Olum – Hizbullahın son savaşı

    25 Mart 2026 09:11

    Livan hökuməti "Hizbullah"ın hərbi və təhlükəsizlik fəaliyyətini qadağan etdi

    2 Mart 2026 16:00

    Əfqanıstanda partlayış baş verib

    19 Yanvar 2026 18:44

    Nə üçün Hizbullah silahları dövlətə təhvil verməkdən imtina edir ?

    29 Dekabr 2025 10:00

    İsrail Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyat üçün ABŞ-dan yaşıl işıq gözləyir

    19 Dekabr 2025 04:00

    Tramp və Sisi, Hizbullahın silahsızlaşdırılması üçün Livana təzyiqi artırır

    27 Noyabr 2025 09:00
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.