Türkiyənin Bodrum rayonunun Yalıkavak sahillərində qanunsuz miqrantları daşıyan rezin qayığın batması nəticəsində 11 nəfər həyatını itirib. Hadisə yerinə dərhal cəlb olunan Sahil Mühafizə dəstələri 21 miqrantı sağ olaraq xilas edə biliblər. Əməliyyatlara hava dəstəyi təmin etmək məqsədilə İzmirdən xüsusi Sahil Mühafizə helikopteri də tapşırığa cəlb olunub.
#ölənlər var
Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində ölən və yaralananlar olduğu bildirilir. Əfqanıstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış bazar ertəsi günü paytaxtın Şahr-e-Nov (Shahr-e-Naw) rayonunda qeydə alınıb. Sözügedən ərazi xarici vətəndaşların yaşadığı və Kabildə ən təhlükəsiz bölgələrdən biri hesab olunur.
Livan hökuməti İsrailin Sidon şəhəri yaxınlığında avtomobili hədəfə alan zərbəsi nəticəsində üç nəfərin həlak olduğunu bildirib. Livanın dövlətə məxsus Milli Xəbər Agentliyi hücumun İsrailə məxsus pilotsuz uçuş aparatı tərəfindən həyata keçirildiyini və hadisənin Sidon şəhərindən təxminən 10 kilometr məsafədə baş verdiyini açıqlayıb. Livanın Səhiyyə Nazirliyi də ölənlərin sayının üç nəfər olduğunu təsdiqləyib. İsrail ordusu isə yayımladığı bəyanatda Sidon bölgəsində Hizbullah üzvlərinin hədəfə alındığını bildirib.