Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail və Misir arasında 35 milyard dollarlıq təbii qaz ixracı sazişi imzalanıb

    19 Dekabr 2025 11:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail və Misir arasında 35 milyard dollarlıq təbii qaz ixracı sazişi imzalanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail və Misir arasında uzun müddətdir müzakirə olunan təbii qaz ixracı sazişi rəsmi şəkildə imzalanıb. İsrail Baş naziri Benyamin Netanyahu bu sazişi ölkə tarixindəki “ən böyük təbii qaz ixracı sazişi” adlandırıb. Sazişin ümumi dəyəri təxminən 112 milyard İsrail şekeli (təxminən 34–35 milyard ABŞ dolları) olaraq açıqlanıb və bu məbləğin təxminən yarısının birbaşa İsrail dövlət gəlirlərinə töhfə verməsi gözlənilir.

    AzerVoice xəbər verir ki, saziş çərçivəsində Leviathan dəniz qaz yatağından çıxarılan qazın 2040-cı ilə qədər Misirə tədarük olunması planlaşdırılır. Son illərdə Misirin təbii qaz istehsalı azalaraq ölkənin artan daxili tələbatını ödəmək üçün milyardlarla dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) idxal etməsinə səbəb olmuşdu. İsraildən gələcək qazın Misirin daxili tələbatını dəstəkləyəcəyi və LNG ixrac imkanlarını artıracağı gözlənilir.

    Proyektə ABŞ-ın enerji nəhəngi Chevron və İsrailli tərəfdaş şirkətlər də cəlb olunub. Sazişin imzalanmasında ABŞ-ın diplomatik təzyiqinin rolu olduğu bildirilir. Eyni zamanda Netanyahu ilə Misir Prezidenti Abdel Fəttah əs-Sisi arasında liderlər zirvəsinin təşkili üçün danışıqlar davam edir.

    Tel Aviv hökuməti müzakirələr zamanı sazişi Misirin Refah Sınır Kapısı vasitəsilə Qəzza Zolağındakı fələstinlilərin yerindən köçürülməsini və Sina bölgəsində hərbi yerləşməsini yenidən tənzimləməsini qəbul etməsinə bağlamışdı. Bununla belə, Misir Prezident Administrasiyasının informasiya xidməti başçısı Diya Reşvan bildirib ki, saziş “siyasi heç bir komponenti olmayan, tamamilə ticari xarakterlidir”.

    Bundan əlavə, Yunanistan qəzetlərindən Kathimerini bildirir ki, qısa müddət ərzində İsrailin daxilində və xaricində Yunan, Cənubi Kipr və İsrailin yüksək rütbəli hərbi rəsmiləri arasında iki görüş keçirilib. Görüşlərin İsrailin tələbi ilə Ankaranın regiondakı planlarına cavab olaraq təşkil edildiyi və İsrailin Türkiyənin hava varlığını artıraraq radar və hava müdafiə sistemlərini genişləndirməsindən narahat olduğu qeyd edilib. Times of Israel xəbər saytının iddiasına görə, üç ölkə eyni zamanda təxminən 2 min 500 əsgərdən ibarət sürətli reaksiya qüvvəsi qurma variantını da qiymətləndirir.

    #İsrail #Benyamin Netanyahu #Misir #Təbii qaz sazişi #Misir–İsrail münasibətlərində gərginlik #İsrail-Misir əlaqələri #Misir İsrail münasibətləri #təbii qaz ixracı #enerji layihələri #Türkiyə radar sistemləri #Abdel Fəttah əs-Sisi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    3 Sentyabr 2026 09:48

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib

    2 Sentyabr 2026 18:26

    Misirin Sinay yarımadasında avtobus qəzasında 16 nəfər ölüb

    2 Sentyabr 2026 11:46

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    1 Sentyabr 2026 20:46

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    1 Sentyabr 2026 19:20

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    İsrailli məskunlaşanlar işğal altındakı İordan çayının qərb sahilində məscidi yandırmağa cəhd edib

    1 Sentyabr 2026 18:20

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    1 Sentyabr 2026 15:53
    XƏBƏR LENTİ

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.