Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    ABŞ Netanyahuya Qəzza və regional siyasətə görə sərt mesajlar ünvanlayıb

    16 Dekabr 2025 14:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ Netanyahuya Qəzza və regional siyasətə görə sərt mesajlar ünvanlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Tom Barrak ilə görüşüb.

    AzerVoice xəbər verir ki, görüş, bu ayın sonlarında Florida ştatında keçirilməsi planlaşdırılan ABŞ–İsrail sammiti ərəfəsində Vaşinqtonun Netanyahoya ünvanladığı açıq və sərt mesajlar fonunda baş tutub.

    İsrail mediasının məlumatına görə, danışıqlarda əsas diqqət Qəzza zolağındakı vəziyyət, Suriyada təhlükəsizlik məsələləri və Netanyahunun Tramp ilə gözlənilən görüşünə yönəlib. ABŞ tərəfi Qəzzada atəşkəsin ikinci mərhələsinə keçidin vacibliyini vurğulayaraq, Türkiyənin mümkün beynəlxalq missiyada rolunun əhəmiyyətini ön plana çıxarıb. Bildirilib ki, Türkiyə HƏMAS üzərində təsir imkanlarına malik əsas aktorlardan biridir və prosesdən kənarda saxlanılması planın risk altına düşməsinə səbəb ola bilər.

    Vaşinqton həmçinin HƏMAS-ın yüksək rütbəli üzvlərindən birinin öldürülməsini atəşkəsin pozulması kimi qiymətləndirib və Netanyahunun bu məsələdəki açıqlamalarını qəbuledilməz sayıb. ABŞ rəsmiləri İsrailin Qərb Sahilindəki siyasətindən və regionda gərginliyi artıran addımlarından narahat olduqlarını da gizlətməyiblər.

    Suriyaya dair müzakirələrdə ABŞ İsrailə “qırmızı xətlər”ini çatdıraraq, bölgədə sabitliyin qorunmasının prioritet olduğunu və tez-tez həyata keçirilən hərbi əməliyyatların risk yaratdığını bildirib. Livan məsələsində isə Vaşinqton Hizbullaha qarşı məhdud təzyiqi dəstəklədiyini, lakin genişmiqyaslı eskalasiyaya qarşı olduğunu vurğulayıb.

    Məlumatlara görə, Tramp administrasiyası Netanyahunun davranışından narazıdır və onun Trampın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların nüfuzuna zərər vurmasına imkan verməyəcəyini açıq şəkildə ifadə edib. İsrailli analitiklər Netanyahunun ABŞ-la münasibətləri tam pozmamaq üçün müəyyən güzəştlərə gedə biləcəyini bildirirlər.

    Görüşdən sonra Tom Barrak danışıqları regional sülh və sabitliyə yönəlmiş konstruktiv dialoq kimi dəyərləndirib.

    #Qəzza #Qəzza zolağı #Donald Tramp #HƏMAS #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Trampın siyasətləri #Tramp administrasiyası #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Trampın fərmanları #Qəzzada humanitar böhran #Donald Tramp və Qəzza planı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Tom Barrak
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ermənistan İranla birgə TRIPP layihəsinə qarşı çıxdı

    26 İyul 2026 12:06

    Qəzzada son 48 saatda azı 6 nəfər həlak olub

    25 İyul 2026 18:10

    ABŞ İrana təzyiq üçün "isti-soyuq" strategiyasından istifadə edir

    25 İyul 2026 18:08

    Növbəti prezident seçkilərində yenidən namizəd olacağam - Tramp

    25 İyul 2026 17:40

    İran rəsmisi ABŞ-İsrail hücumlarına görə qisas vəd etdi

    25 İyul 2026 17:38

    Livanda “pilot zonalar” planı dövlətə beynəlxalq etimadın sınağı kimi qiymətləndirilir

    25 İyul 2026 11:43

    Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək

    25 İyul 2026 09:36

    Trampın gömrük tarifləri növbəti hüquqi mübahisənin mövzusu olub

    24 İyul 2026 22:08

    Tramp Çin və Rusiyanı İran müharibəsinə qarışmamağa çağırıb

    24 İyul 2026 20:26

    Netanyahu gələn həftə Vaşinqtonda Donald Trampla görüşəcək

    24 İyul 2026 18:44

    İraq ABŞ ilə İran arasında atəşkəsə vasitəçilik etdiyi barədə xəbərləri təkzib edib

    24 İyul 2026 18:06

    Livan Prezidenti ABŞ-da aparılan danışıqlar barədə Baş nazirə məlumat verib

    24 İyul 2026 17:37
    XƏBƏR LENTİ

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib

    “The Lesser Key of Solomon” - Zimminar nədir?

    Ermənistan İranla birgə TRIPP layihəsinə qarşı çıxdı

    Avtomobildə Qurani-Kərim: İman nişanəsi, yoxsa batil inanc?

    The Wolf of Wall Street – Kapitalizmin, həzzin və hədsizliyin çılğın zirvəsi

    Türk mədəniyətindəki 54 fərz nədir?

    Yeniçəri–Sipahi qarşıdurması: Osmanlı sarayında alovlanan ilk qardaş qırğını

    Fironların qəzəbi, donanma dəhşəti: Gündəlik işlətdiyimiz ifadənin şok mənşəyi

    İslam sivilizasiyası Qərb təhsil sisteminə necə yol açdı?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.