Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzza zolağında son 48 saatda 6 Fələstinli həlak olub

    6 Dekabr 2025 16:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzza zolağında son 48 saatda 6 Fələstinli həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Nailə Babazadə

    İsrail ordusunun Qəzza Zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 48 saatda 6 nəfər artaraq 70 354-ə çatıb.

    AzerVoice xəbər verir ki, Qəzza Sağlamlıq Nazirliyi yazılı açıqlamasında İsrail hücumlarında baş verən ölənlərin sayı və dağıntılardan çıxarılan cəsədlərlə bağlı son məlumatları paylaşıb.

    Bildirilib ki, son 48 saat ərzində İsrail hücumlarında 5-i dağıntı altından çıxarılan 6 Fələstinli və 15 yaralı xəstəxanalara çatdırılıb.

    Ateşkesin qüvvəyə mindiyi dövrdən bəri həyata keçirilən hücumlarda isə 367 nəfər həlak olub, 953 nəfər yaralanıb, dağıntılardan isə 624 cəsəd çıxarılıb.

    Nazirliyin açıqlamasında həmçinin qeyd edilib ki, Tibb Ekspertizası İdarəsi itkin dosyaları və məlumatları qiymətləndirərək, 28 noyabr–5 dekabr tarixləri arasında tamamladığı və təsdiqlədiyi məlumatlar əsasında ümumi ölüm sayına 223 nəfərin daha əlavə edildiyi bildirilib.

    İsrailin Qəzza Zolağına 2023-cü ilin oktyabrından başladığı hücumlarda həyatını itirənlərin sayı 70 354-ə, yaralananların sayı isə 171 030-a çatıb.

    ABŞ Prezidenti Donald Tramp 9 oktyabrda Misirdə aparılan danışıqlarda İsrail və Həmasın Qəzza Zolağında atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini açıqlamışdı.

    Misirdə aparılan danışıqlarda imzalanan razılaşma İsrail hökumətinin təsdiqi ilə 10 oktyabrda qüvvəyə minib.

    Buna baxmayaraq, İsrail ordusu Qəzza Zolağında əldə olunan atəşkəsə rəğmən zaman-zaman müxtəlif bəhanələrlə Fələstinlilərə qarşı hücumlarını davam etdirir.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05
    XƏBƏR LENTİ

    Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

    Oman sultanı ABŞ və İran arasında gərginlik fonunda Böyük Britaniyaya səfər edəcək

    Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

    İsrailin yeni torpaq qərarları yüzlərlə fələstinli ailəyə təsir edə bilər

    İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir

    Küveyt İranın hücumlarını bölgə üçün təhlükəli gərginlik adlandırıb

    Vanuatu Metyu və Hanter adaları mübahisəsini məhkəməyə çıxarıb

    Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

    Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.