Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada iki xəstəxana fəaliyyətini dayandırdı, bir tibb mərkəzi dağıldı

    22 Sentyabr 2025 18:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada iki xəstəxana fəaliyyətini dayandırdı, bir tibb mərkəzi dağıldı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusunun hücumları və blokadası altında olan Qəzza zolağında bir uşaq xəstəxanası ilə bir göz xəstəxanasının fəaliyyətini dayandırdığı, bir səhiyyə obyektinin isə dağıldığı bildirilib.

    AzerVoice xəbər verir ki, Qəzzadaki Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, İsrail ordusunun xəstəxana və səhiyyə mərkəzlərinə qarşı qanun pozuntularını davam etdirdiyi qeyd olunub.

    İsrailin aramsız hücumları nəticəsində Qəzza şəhərində yerləşən Rantisi Uşaq Xəstəxanası ilə Göz Xəstəxanasının fəaliyyətini dayandırdığı, şəhərdə yerləşən Tibbi Yardım Mərkəzinin isə tamamilə dağıldığı bildirilib.

    Açıqlamada, İsrail ordusunun daha əvvəl də Rantisi Xəstəxanasını hədəf alaraq ciddi ziyan vurduğu xatırladılıb və Göz Xəstəxanasının Qəzza zolağının şimalında bu sahədə xidmət göstərən yeganə səhiyyə müəssisəsi olduğu vurğulanıb.

    Nazirlik əlavə edib ki, "işğalçı İsrail Qəzza zolağında həyata keçirdiyi soyqırımın bir hissəsi olaraq səhiyyə sistemini məqsədli və sistemli şəkildə hədəfə alır."

    Qəzzada xəstələrin və yaralıların səhiyyə müəssisələrinə çatması üçün təhlükəsiz yolların mövcud olmadığı, hücumlar səbəbilə Qüds Xəstəxanasına və İordaniya Sahra Xəstəxanasına çatmağın böyük çətinlik yaratdığı qeyd olunub.

    Səhiyyə Nazirliyi beynəlxalq ictimaiyyətə müraciət edərək Qəzza zolağındakı səhiyyə obyektlərinin, tibb işçilərinin və xəstələrin mühafizəsinin təmin olunması üçün bir daha çağırış edib.

    Xatırladaq ki, İsrail ordusu sentyabrın 17-də Rantisi Uşaq Xəstəxanasının yuxarı mərtəbələrini hədəf almışdı. Bu xəstəxana Qəzzada onkologiya, dializ, tənəffüs və həzm sistemi xəstəlikləri üzrə yeganə ixtisaslaşmış tibb müəssisəsi kimi tanınır.

    İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrini intensiv şəkildə bombalamaqda davam edir. Bu hücumlar nəticəsində Qəzza şəhəri yaşanmaz hala gətirilir və mülki əhali məcburi köçkün vəziyyətinə salınır.

    İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda ən azı 65 min 344 fələstinli həlak olub, 166 min 795 nəfər isə yaralanıb.

    #Qəzza #Qəzza zolağı #Fələstin Səhiyyə Nazirliyi #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #Qəzza böhranı və Qərbin mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    Səudiyyə Ərəbistanı müsəlman ölkələri Fələstinə dəstək olmağa çağırıb

    27 Avqust 2026 17:15

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    26 Avqust 2026 12:42
    XƏBƏR LENTİ

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.