Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzanın şimalında internet və əlaqə tamamilə kəsilib

    17 Sentyabr 2025 13:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzanın şimalında internet və əlaqə tamamilə kəsilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin intensiv hücumları altında olan Qəzza zolağının şimal bölgələrində internet və rabitə xidmətləri tamamilə dayandırılıb.

    AzerVoice xəbər verir ki, Fələstinin telekommunikasiya şirkətləri tərəfindən yayılan yazılı açıqlamada bildirilib ki, İsrail ordusunun hücumlarının hədəfi olan Qəzza şəhəri və Şimal vilayətində sabit internet və əlaqə xidmətləri tamamilə kəsilib.

    Açıqlamada qeyd olunub ki, İsrail ordusu bölgəyə rabitə və internet xidməti göstərən əsas xətləri hədəfə alıb və nəticədə xidmətlərdə kəsinti baş verib. Həmçinin, təhlükələrə baxmayaraq, rabitə xətlərinin bərpası üçün texniki işlərə başlanıldığı vurğulanıb.

    Şahidlərin verdiyi məlumata görə, Qəzza şəhərinin bir çox məhəlləsində internet tamamilə kəsilib və əlaqə qurmaq mümkün deyil.

    İsrail ordusu son 24 saat ərzində Qəzza zolağına 50-dən çox hava hücumu təşkil edib, bu hücumların əksəriyyəti dünən başlanan quru əməliyyatları çərçivəsində Qəzza şəhərinin şimalına yönəlib.

    Eyni zamanda, İsrail ordusu bir tərəfdən Qəzza şəhərində yerindən edilmiş fələstinlilərin sığındığı evləri və çoxmərtəbəli binaları hədəfə alaraq dağıdır, digər tərəfdən isə bölgə sakinlərini Qəzzanın cənubuna – çadırların, ərzaq və xəstəxanaların olduğu iddia edilən ərazilərə köçməyə məcbur edir.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #İsrail və Fələstin münaqişəsi 2025 #Qəzza sakinlərinin köçü #İsrailin Fələstin torpaqlarını işğalı #İsrailin Fələstin siyasəti #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    3 Sentyabr 2026 20:59

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15
    XƏBƏR LENTİ

    7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

    Səudiyyə Ərəbistanının Suriyadakı yeni səfiri etimadnaməsini təqdim edib

    Səudiyyə Ərəbistanında dəvə hərracı keçirilir

    Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib

    Day.Az informasiya portalının 23 yaşı tamam olur

    Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?

    519 at güclü 2026 Cadillac Optiq-V sınaqdan keçdi

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.