Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Xəstəxanalar yetərsiz qidalanan uşaqlarla doludur: Qəzzada böhran dərinləşir

    16 Sentyabr 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Xəstəxanalar yetərsiz qidalanan uşaqlarla doludur: Qəzzada böhran dərinləşir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin Qəzzada tətbiq etdiyi sistemli aclıq siyasəti səbəbindən xəstəxanalar yetərsiz qidalanma nəticəsində dərisi-sümükləri görünən, ölümə yaxın olan uşaqlarla doludur. Aclıqdan ölənlərin sayı isə sürətlə artır.

    AzerVoice xəbər verir ki, Qəzzadaki xəstəxanalarda uşaqlar aclıqdan ölümü gözləyirlər.

    Aclıq səbəbindən baş verən ölümlər təhlükəli həddə çatıb. Qəzza Səhiyyə Nazirliyinin son məlumatlarına görə, yetərsiz qidalanma və aclıq səbəbilə ölənlərin sayı 146-sı uşaq olmaqla 428-ə yüksəlib.

    Cənubda yerləşən Xan Yunis şəhərindəki Nasir Xəstəxanası, qida çatışmazlığından əziyyət çəkən, tibbi imkanların olmaması səbəbindən diaqnoz və müalicə oluna bilməyən xəstəliklərlə mübarizə aparan uşaqlarla doludur. Bu uşaqların bəziləri nə yeməyə bir şey, nə də qalmağa yataq tapa bilir və kömək əli uzanmasını gözləyirlər.

    Qəzzadaki hökumətin media ofisinin məlumatına görə, Qəzzədə 650 min uşaq yetərsiz qidalanma, aclıq və ərzaq çatışmazlığı səbəbilə ölüm riski altındadır.

    Nasir Xəstəxanasının Uşaq bölməsinin rəhbəri Dr. Əhməd əl-Ferra bildirib ki, aclıqdan ölüm halları avqust və sentyabr aylarında dəfələrlə artıb.

    "Avqust ayında aclıq və yetərsiz qidalanma səbəbiylə ölüm halları zirvəyə çatdı. Sentyabrda isə avqustdan az olmayan, bəlkə də daha yüksək sayda ölüm gözləyirik" – deyə Ferra qeyd edib.

    "Nasir Xəstəxanasındakı yetərsiz qidalanma poliklinikasında sərhəd qapıları bağlanmazdan əvvəl 20-30 nəfər görürdüksə, indi bu say 120-140 nəfərə çatıb. Onlardan 40-ı kəskin qidalanma çatışmazlığı kateqoriyasına aiddir. Bu, Qəzzada daha əvvəl görülməmiş bir vəziyyətdir." - deyə vurğulayıb.

    Dr. Ferra vəziyyətin səbəblərini belə izah edib:

    "Birincisi, Qəzzaya daxil olan yardım ehtiyacın yalnız 10 faizini qarşılayır. Yəni gündəlik 50 yardım yük maşını gəlir, amma Qəzzaya gündə 600 tır daxil olmalıdır. İkincisi, bu yardımlar ədalətli şəkildə paylanmır və ehtiyac sahiblərinə çatmır.

    Üçüncüsü, daxil olan yardımlar insanların ehtiyaclarına görə yox, İsrailin istədiyinə görə təyin olunur. Yəni protein baxımından zəngin olan süd və süd məhsulları kimi qidalar daxil edilmir."

    Yetərsiz qidalanma hallarının və xəstəxanalardakı pasiyent sıxlığının artdığını qeyd edən Ferra deyib:

    "Xəstələr yataq tapa bilmir və dəhlizlərdə, pilləkan başlarında yatırlar. Bəziləri də xəstəxana həyətində qurulan çadırlarda müalicə olunur. Bu izdiham səbəbilə xəstəxanada bir fəlakət yaşanır."

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzada infrastruktur yeniləmələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Tramp İranın hərbi imkanları barədə danışıb

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.