Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Yəməndə güclü yağışlar və daşqınlar insan tələfatına səbəb olub

    31 Avqust 2025 12:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yəməndə güclü yağışlar və daşqınlar insan tələfatına səbəb olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Yəmənin şimal-şərqindəki Marib vilayətində leysan yağışları, daşqınlar və güclü küləklər nəticəsində üç qaçqın həlak olub, təxminən üç min ailə zərər çəkib.

    AzerVoice xəbər verir ki, bu barədə vilayətdəki qaçqın düşərgələrinin idarə olunmasına cavabdeh hökumət qurumu ilkin hesabat yayıb.

    Hesabata görə, avqust ayında baş verən güclü yağışlar və daşqınlar nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb. Ümumilikdə 2 944 ailə zərər görüb. Onlardan 464 ailənin evləri və sığınacaqları tamamilə, 2 480 ailəninki isə qismən dağılıb.

    Məlumatda bildirilib ki, 2 281 ailə yağış və daşqınlardan, 563 ailə isə güclü küləklərdən ciddi ziyan çəkib. Zərərlər arasında müvəqqəti sığınacaqların, çadırların və tor konstruksiyalarının dağılması, ərzaq ehtiyatlarının itirilməsi, su anbarları və kanalizasiya şəbəkələrinin sıradan çıxması, həmçinin ailələrin şəxsi əşyalarının məhv olması yer alır.

    Ən çox zərər Marib şəhərindəki qaçqın düşərgələrində yaşayan ailələrə dəyib – ümumilikdə 1 895 ailə (261-i tam, 1 634-ü qismən). Vadi rayonunda 825 ailə (147-si tam, 678-i qismən), Rəğvan rayonunda 164 ailə (52-si tam, 112-si qismən), Harib rayonunda isə 60 ailə (4-ü tam, 56-sı qismən) ziyan görüb.

    Hesabatda humanitar təşkilatlara müraciət edilərək, zərərçəkən ailələrə təcili ərzaq və sığınacaq yardımı göstərilməsi, qeyri-ərzaq məhsullarının təmin olunması, təhsil və səhiyyə obyektlərinin bərpası, kanalizasiya şəbəkələrinin təmiri ilə bağlı dəstəyin vacibliyi vurğulanıb.

    Qurum həmçinin tərəfdaş təşkilatları fəlakətin təsirlərini azaltmaq üçün müdaxilələri gücləndirməyə, sığınacaqların bərpası və təmirinə, eləcə də vilayətin sərt iqliminə uyğun preventiv tədbirlərin görülməsinə dəvət edib. Eyni zamanda daşqınlar və yanğınlar da daxil olmaqla fövqəladə hallara qarşı ümumi qoruma strategiyasının hazırlanmasının vacibliyi qeyd olunub.

    #Yəmən #yağış #şiddətli yağışlar #daşqın #daşqınlar #leysan yağışları #fırtına və daşqınlar #daşqınlar necə baş verir #iqlim dəyişikliyi və daşqınlar #güclü yağışlar #preventiv tədbirlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tibetdə 5 bal gücündə zəlzələ baş verib

    27 Avqust 2026 21:13

    Yəməndə qanuni hökumət husilərin media təbliğatına son qoyur

    25 Avqust 2026 19:07

    İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

    25 Avqust 2026 14:13

    Husilərin təhlükəli taktikası - azyaşlılar müharibədə necə canlı sipərə çevrilir?

    23 Avqust 2026 15:00

    Yəmən sahillərində silahlı şəxslər gəmini ələ keçiriblər

    20 Avqust 2026 18:16

    Husilər Bab əl-Məndəb boğazını ələ keçirməyə hazırlaşırlar - Yəmən

    19 Avqust 2026 18:33

    Yəmən "Aramco" neft emalı zavodunu vurdu

    18 Avqust 2026 14:51

    Yəməndə müharibənin yenidən alovlanması qorxusu artır

    16 Avqust 2026 11:29

    Yəməndə 2022-ci ildən bəri genişmiqyaslı müharibə təhlükəsi ən yüksək həddə çatıb - BMT

    13 Avqust 2026 22:03

    Yəmən qüvvələri İranın dəstəklədiyi husilərin hücumunun qarşısını alıb

    13 Avqust 2026 18:17

    Husilər Yəmənin Əl-Məxa limanına yeni raket hücumu həyata keçirib

    12 Avqust 2026 18:33

    Husilər ölkənin qərb sahilinə silsilə hücumlar həyata keçirib - Yəmən

    11 Avqust 2026 20:30
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.