#leysan yağışları

Yəmənin şimal-şərqindəki Marib vilayətində leysan yağışları, daşqınlar və güclü küləklər nəticəsində üç qaçqın həlak olub, təxminən üç min ailə zərər çəkib. Bu barədə vilayətdəki qaçqın düşərgələrinin idarə olunmasına cavabdeh hökumət qurumu ilkin hesabat yayıb. Hesabata görə, avqust ayında baş verən güclü yağışlar və daşqınlar nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb. Ümumilikdə 2 944 ailə zərər görüb. Onlardan 464 ailənin evləri və sığınacaqları tamamilə, 2 480 ailəninki isə qismən dağılıb.

Vietnam News-un məlumatına görə, tayfunun yaratdığı leysan yağışlar və daşqınlar ölkədə ciddi fəsadlara səbəb olub. Təxminən 1,6 milyon insan elektrik enerjisindən məhrum olub, 15 ev tamamilə dağılıb. Vyetnamın Baş naziri Pham Minh Chinh yerli hakimiyyətlərə axtarış-xilasetmə əməliyyatlarını sürətləndirməyi tapşırıb. Tayfun səbəbindən Çinin Hainan adasında da avqustun 23-də 4-cü dərəcəli fövqəladə vəziyyət elan edilib.

Hindistanda leysan yağışlar fəlakətlərə səbəb olub, 21 nəfər ölüb. Maharaştra ştatında 5 gün ərzində yağan güclü leysan yağışlar daşqın və torpaq sürüşmələrinə yol açıb, nəticədə 21 nəfər həyatını itirib. Mumbayda isə yağışlar səbəbindən 400–500 nəfər təxliyə edilib. Qeyd edək ki, Cənubi Asiyaya iyun-sentyabr aylarında təsir edən musson yağışları hər il Hindistanda genişmiqyaslı fəlakətlər və itkilərlə nəticələnir.

Türkiyə Xarici İşlər Nazirliyi, Pakistanın şimalında baş verən güclü yağışlar nəticəsində yaranan daşqınlarda həyatını itirənlər üçün başsağlığı mesajı yayıb. Nazirliyin rəsmi açıqlamasında, Pakistanı bürüyən sel fəlakəti və nəticəsində yaşanan can itkisinə görə dərin üzüntü duyulduğu qeyd olunub.

"Pakistanın şimal hissəsində baş verən daşqınların səbəb olduğu faciəvi insan itkiləri və dağıntılar bizi dərindən kədərləndirir. Dualarımız qurbanlar və onların ailələri ilədir. Azərbaycan bu çətin zamanda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəydir", - paylaşımda qeyd olunub.

ABŞ-ın Tennessi ştatında güclü yağışlar və daşqınlar nəticəsində, aralarında bir uşağın da olduğu üç nəfər həyatını itirib. Hemilton Bölgəsi Fövqəladə Halların İdarə Olunması Ofisinin sözçüsü Eymi Maksvell bildirib ki, Çattanuqa bölgəsində leysan zamanı üzərinə ağac aşan avtomobildəki biri uşaq olmaqla üç nəfər hadisə yerində ölüb.