#şiddətli yağışlar

İndoneziyanın Sumatra Adasında şiddətli yağışlar nəticəsində baş verən sel və torpaq sürüşməsində həyatını itirənlərin sayı 248-ə yüksəlib. İndoneziya Fəlakətlə Mübarizə Agentliyinin açıqlamasına görə, xilasetmə komandaları daha çox meyitə çatıb və yaralananların sayı 500-dən çoxdur. Yol qapanmaları səbəbindən bəzi ərazilərə çatmaq mümkün olmadığından ölü sayının daha da arta biləcəyi bildirilir. Agentlik həmçinin bildirir ki, binlərlə ev və tikili sular altında qalıb, minlərlə ailə evini tərk etməli olub. Dəmir yolları, körpülər, düyü tarlaları, heyvanlar və ictimai obyektlər də sellərin zərbəsindən təsirlənib.

“Dawn” qəzetinin Pəncab Fəlakət İdarəsinə (PDMA) istinadən verdiyi məlumata görə, son bir həftədə Pəncab əyalətində leysan yağışların səbəb olduğu daşqınlar 33 nəfərin ölümünə və 8 nəfərin yaralanmasına səbəb olub. Daşqınlar təxminən 2 milyon insana təsir edib, bu səbəbdən 506 yardım düşərgəsi qurulub və xilasetmə qrupları 760 min insanı və 516 min heyvanı təhlükəsiz ərazilərə təxliyə edib. Pakistan Milli Fəlakət İdarəsi (NDMA) isə sentyabrın 1-dən 3-dək İslamabad və Pəncabın müxtəlif bölgələrində güclü yağışların gözlənildiyini və daşqın riskinin artacağını xəbərdar edi

Yəmənin şimal-şərqindəki Marib vilayətində leysan yağışları, daşqınlar və güclü küləklər nəticəsində üç qaçqın həlak olub, təxminən üç min ailə zərər çəkib. Bu barədə vilayətdəki qaçqın düşərgələrinin idarə olunmasına cavabdeh hökumət qurumu ilkin hesabat yayıb. Hesabata görə, avqust ayında baş verən güclü yağışlar və daşqınlar nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb. Ümumilikdə 2 944 ailə zərər görüb. Onlardan 464 ailənin evləri və sığınacaqları tamamilə, 2 480 ailəninki isə qismən dağılıb.

Cammu və Kəşmir ilə Himaçal-Pradeş ştatlarında leysan yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Səlahiyyətlilər magistral yolların çökdüyünü və 30 nəfərin öldüyünü bildirib. Rəsmilər yağışların davam edəcəyini vurğulayaraq, sakinləri riskli ərazilərdən uzaq durmağa çağırıb. X platformasında yayılan məlumatlar, xüsusilə Cammu və Kəşmirdəki Vaishno Devi ziyarətgahı yaxınlığında torpaq sürüşməsi nəticəsində 30 nəfərin həlak olduğunu təsdiqləyir.

Vietnam News-un məlumatına görə, tayfunun yaratdığı leysan yağışlar və daşqınlar ölkədə ciddi fəsadlara səbəb olub. Təxminən 1,6 milyon insan elektrik enerjisindən məhrum olub, 15 ev tamamilə dağılıb. Vyetnamın Baş naziri Pham Minh Chinh yerli hakimiyyətlərə axtarış-xilasetmə əməliyyatlarını sürətləndirməyi tapşırıb. Tayfun səbəbindən Çinin Hainan adasında da avqustun 23-də 4-cü dərəcəli fövqəladə vəziyyət elan edilib.

Hindistanda leysan yağışlar fəlakətlərə səbəb olub, 21 nəfər ölüb. Maharaştra ştatında 5 gün ərzində yağan güclü leysan yağışlar daşqın və torpaq sürüşmələrinə yol açıb, nəticədə 21 nəfər həyatını itirib. Mumbayda isə yağışlar səbəbindən 400–500 nəfər təxliyə edilib. Qeyd edək ki, Cənubi Asiyaya iyun-sentyabr aylarında təsir edən musson yağışları hər il Hindistanda genişmiqyaslı fəlakətlər və itkilərlə nəticələnir.

Iyunun 26-dan bəri Pakistanda musson yağışlarının yaratdığı fəlakətlər nəticəsində ölənlərin sayı 746-ya çatıb. Milli Fəlakət İdarəsinin (NDMA) məlumatına görə, yalnız son 24 saatda, əsasən Gilgit-Baltistan bölgəsində 44 nəfər ölüb. Təxminən iki ay davam edən fəlakətlər nəticəsində yüzlərlə insan həyatını itirib, ölkənin müxtəlif ərazilərində ciddi dağıntılar qeydə alınıb. Şimal-qərb bölgəsindəki axtarış-xilasetmə qrupları Buner rayonunda itkin düşən 150 nəfərin axtarışlarını davam etdirir. Rəsmi qurumlar güclü yağışların cənub bölgələrində də davam edəcəyini açıqlayıb. Bildirilib ki, yağıntılar avtomobil yollarını su altında saxlaya, nəqliyyatı poza, Sind əyalətinin Kəraçi, Heydərabad, Thatta, Badin, Mirpurxas və Sukkur şəhərlərində elektrik və telekommunikasiya şəbəkələrinə ziyan vura bilər.

Türkiyə Xarici İşlər Nazirliyi, Pakistanın şimalında baş verən güclü yağışlar nəticəsində yaranan daşqınlarda həyatını itirənlər üçün başsağlığı mesajı yayıb. Nazirliyin rəsmi açıqlamasında, Pakistanı bürüyən sel fəlakəti və nəticəsində yaşanan can itkisinə görə dərin üzüntü duyulduğu qeyd olunub.