#preventiv tədbirlər

Yəmənin şimal-şərqindəki Marib vilayətində leysan yağışları, daşqınlar və güclü küləklər nəticəsində üç qaçqın həlak olub, təxminən üç min ailə zərər çəkib. Bu barədə vilayətdəki qaçqın düşərgələrinin idarə olunmasına cavabdeh hökumət qurumu ilkin hesabat yayıb. Hesabata görə, avqust ayında baş verən güclü yağışlar və daşqınlar nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb. Ümumilikdə 2 944 ailə zərər görüb. Onlardan 464 ailənin evləri və sığınacaqları tamamilə, 2 480 ailəninki isə qismən dağılıb.