Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    HƏMAS İsrailin regiona qarşı hücumlarını pisləyib

    29 Avqust 2025 09:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    HƏMAS İsrailin regiona qarşı hücumlarını pisləyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    HƏMAS İsrailin Qəzzadakı və region ölkələrinə qarşı aqressiyasını onun ekspansionist siyasətinin təzahürü kimi qiymətləndirib.

    AzerVoice xəbər verir ki, HƏMAS-ın yazılı açıqlamasında İsrailin Qəzza zolağında və region ölkələrində həyata keçirdiyi hücumlar “sionist varlığın ərəb və islam ölkələri üçün yaratdığı təhlükənin sübutu” kimi təsvir edilib. Açıqlamada vurğulanıb ki, İsrailin Yəmən, Suriya və Livana qarşı hücumları, eləcə də Qəzzada Fələstin xalqına qarşı davam edən təcavüzləri sionistlərin terrorçu və ekspansionist mahiyyətini üzə çıxarır. Xüsusilə, İsrail Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail” layihəsinə sadiqliyi və ərəb torpaqlarını mənimsəmək siyasəti bu təcavüzlərin əsas motivi kimi qeyd olunub.

    HƏMAS beynəlxalq ictimaiyyəti, Birləşmiş Millətlər Təşkilatını və ərəb-islam ölkələrini İsrailin Fələstin xalqına və regionun digər xalqlarına qarşı cinayətlərini dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

    Qeyd edək ki, İsrailin “Böyük İsrail” vizyonu, xüsusən Netanyahunun və ifrat sağçı nazir Bezalel Smotrichin açıqlamaları ilə aktuallaşıb. Smotrich avqustun 13-də Şərqi Qüdsdə “E1” layihəsi ilə fələstinlilərdən ələ keçirilən ərazilərdə yaşayış məntəqələrinin genişləndirilməsini planlaşdırdığını bəyan edib. Bu siyasət, sionist revizionist hərəkatının banisi Zeev Jabotinsky tərəfindən irəli sürülən və indiki İsrail, Qəzza, İordan çayının qərb sahili və İordaniya ərazilərini əhatə edən “Böyük İsrail” ideologiyasına əsaslanır.

    #İsrail #Fələstin #Qəzza zolağı #BMT #HƏMAS #sionizm #İsrail və HƏMAS müharibəsi #İsrail və Fələstin münaqişəsi 2025 #Sionizmə qarşı çıxış #İsrailin HƏMAS-a təzyiqi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    2 Sentyabr 2026 18:17

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    2 Sentyabr 2026 13:34

    Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

    2 Sentyabr 2026 11:29

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    1 Sentyabr 2026 20:46

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    1 Sentyabr 2026 19:20

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    İsrailli məskunlaşanlar işğal altındakı İordan çayının qərb sahilində məscidi yandırmağa cəhd edib

    1 Sentyabr 2026 18:20

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33
    XƏBƏR LENTİ

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.