Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Qətər İsraili atəşkəsə mane olmaqda ittiham edir

    26 Avqust 2025 15:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qətər İsraili atəşkəsə mane olmaqda ittiham edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari, Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi danışıqlarında HƏMAS-ın qəbul etdiyi təklifin İsrailin əvvəllər təsdiqlədiyi çərçivəyə uyğun olduğunu, lakin İsrailin razılığa gəlmək istəmədiyini vurğulayıb.

    AzerVoice xəbər verir ki, Dohada keçirilən mətbuat konfransında Ənsari, Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə aparılan danışıqlara toxunaraq, “HƏMAS-ın qəbul etdiyi təklif İsrailin əvvəlki təsdiqləri ilə uyğundur. Cavab vermək növbəsi İsraildədir, lakin belə görünür ki, İsrail razılığa gəlmək istəmir,” - deyə bildirib. O, Qətərin müharibəni dayandırmaq üçün bütün səyləri dəstəklədiyini və danışıqların Qahirədə və ya Dohada keçirilməsinin əhəmiyyətsiz olduğunu, əsas məqsədin tez bir zamanda atəşkəsə nail olmaq olduğunu qeyd edib.

    Ənsari, İsrailin rəsmi cavab verməkdən yayınmasını tənqid edərək, “İsrail nə təklifi qəbul edib, nə rədd edib, nə də alternativ təklif təqdim edib. İsrail ən qısa zamanda rəsmi cavab verməlidir,” - deyə bildirib. O, İsrailin Qəzzada hərbi əməliyyatlarını genişləndirməsinin müsbət nəticə verməyəcəyini vurğulayıb və beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb.

    İsrail mətbuatına danışan adsız bir rəsmi, Tel-Əvivin bütün məhbusların azad edilməsini tələb edən mövqeyində israrlı olduğunu bildirib. İsrail Baş Nazirinin ofisi isə “The Times of Israel” qəzetinə açıqlamasında, hazırki mərhələdə Doha və ya Qahirəyə nümayəndə heyəti göndərmək planının olmadığını qeyd edib.

    Xatırladaq ki, İsrail Təhlükəsizlik Kabineti 8 avqust 2025-ci ildə Qəzza şəhərinin şimalının işğal planını təsdiqləyib. Baş Nazir Benyamin Netanyahu, Nazirlər Kabineti iclasından əvvəl verdiyi açıqlamada, bütün Qəzza zolağının işğalını hədəflədiklərini bildirib. Plana əsasən, birinci mərhələdə təxminən bir milyon fələstinli cənuba qovulacaq, şəhər mühasirəyə alınacaq və intensiv hücumlardan sonra işğal ediləcək. İkinci mərhələdə isə Qəzzanın mərkəzindəki xarabalığa çevrilmiş qaçqın düşərgələrinin işğalı nəzərdə tutulur.

    Qəzza zolağı 1967-ci ildən 2005-ci ilə qədər İsrail tərəfindən 38 il işğal edilib. Hazırda 2,3 milyon fələstinlinin yaşadığı bu ərazi, 2007-ci ildən bəri ağır blokada altındadır. 2023-cü ilin oktyabrından başlayan müharibədə, Qəzza Səhiyyə Nazirliyinə görə, 62,000-dən çox fələstinli həlak olub, 135,957 nəfər yaralanıb və əhalinin 90%-i dəfələrlə məcburi köçürülüb.

    HƏMAS, Misir və Qətərin təqdim etdiyi atəşkəs və əsir mübadiləsi təklifini qəbul etdiyini elan edib. Təklif, 60 günlük müvəqqəti atəşkəs, 50 İsrail girovunun yarısının azad edilməsi və Fələstin məhbuslarının mübadiləsini nəzərdə tutur. Lakin İsrail bu təklifə rəsmi cavab verməyib və bütün girovların birdəfəlik azad edilməsində israr edir.

    Qeyd edək ki, Qətər və Misir, beynəlxalq ictimaiyyətin dəstəyi ilə danışıqları irəli aparmağa çalışsa da, İsrailin hərbi strategiyası və danışıqlardakı sərt mövqeyi atəşkəsə nail olmağı çətinləşdirir. Türkiyə də daxil olmaqla bir sıra ölkələr, Qəzzadakı humanitar böhranın aradan qaldırılması üçün təzyiqləri artırmağa çağırır.

    #İsrail #Fələstin #Qəzza zolağı #Qətər #HƏMAS #Doha #Qətər XİN #Qahirə #Təl-Əviv #Məhbus mübadiləsi #Fələstinli məhbusların azadlığı #Fələstinli məhbusların azad edilməsi #İsrail və Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    16 İyul 2026 22:11

    Vens İsrail hökumətini nədə ittiham edib?

    16 İyul 2026 22:07

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    16 İyul 2026 21:27

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    16 İyul 2026 20:30

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    16 İyul 2026 20:27

    Körfəz ölkələrində silahlı qüvvələr yüksək hazırlıq vəziyyətində saxlanılır

    16 İyul 2026 20:11

    İsrail işğal altındakı ərazilərdə yol tikintisinə 356 milyon dollar ayırıb

    16 İyul 2026 20:05

    ABŞ və İsrail dünyada sabitliyi pozan əsas qüvvələrdir - Husi lideri

    16 İyul 2026 19:41

    İsrailin ABŞ-da təsir kampaniyası ilə bağlı yeni iddialar səsləndirilib

    16 İyul 2026 19:36

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    16 İyul 2026 19:30

    Alon Pinkas ABŞ ilə İsrail arasında fikir ayrılıqlarının artdığını bildirib

    16 İyul 2026 19:24

    Vensin bəyanatı Vaşinqtonda yeni mübahisələr yaradıb

    16 İyul 2026 18:31
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.