Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Netanyahunun yalanı üzə çıxdı - Nasser hücumu planlı edilib

    26 Avqust 2025 09:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahunun yalanı üzə çıxdı - Nasser hücumu planlı edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    İsrail əsgərləri Qəzzadakı Nasser xəstəxanasına hücumun yüksək hərbi komandirlərin razılığı ilə həyata keçirildiyini etiraf edib.

    AzerVoice xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağının cənubundakı Xan Yunisdə yerləşən Nasser xəstəxanasına edilən və 5-i jurnalist, 5-i tibb işçisi olmaqla 20 nəfərin həlak olduğu hücumu “faciəli qəza” adlandıraraq üzr istəyib. Lakin İsrailin Kanal 14 telekanalının hesabatına görə, hücumda iştirak edən əsgərlər bu əməliyyatın İsrail ordusunun yüksək komandanlığı tərəfindən təsdiqləndiyini və koordinasiya edildiyini açıqlayıb.

    Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hücumda Reuters-dən Hosam əl-Masri, Əl-Cəzirədən Mohamed Salamah, Müstəqil Ərəbistan və AP-dən Məryəm Əbu Dekka, NBC News-dan Muaz Əbu Taha və Əhməd Əbu Əziz kimi jurnalistlər həlak olub. İsrail ordusu, 7 oktyabr 2023-cü ildən bəri Qəzzada 244 jurnalistin öldürüldüyünü rəsmən qəbul etsə də, jurnalistləri hədəf almadığını iddia edərək istintaqa başladığını bildirib.

    Qeyd edək ki, bu hücum beynəlxalq ictimaiyyətdə geniş qəzəb doğurub və İsrailin Qəzzadakı hərbi əməliyyatlarının mülki şəxslərə və jurnalistlərə qarşı təhlükəsi bir daha gündəmə gəlib. Netanyahunun “kədərləndiyi” bəyanatları isə etiraf edilən hərbi razılaşma fonunda inandırıcılığını itirib.

    #İsrail #Fələstin #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Xan Yunis #Jurnalistlərin hədəf alınması #Qəzzada jurnalistlərin ölümü #Fələstinli jurnalistlərin təhlükəsizliyi #Fələstin jurnalistlərinə qarşı hücumlar #Nasser xəstəxanası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin pilotsuz uçuş aparatı Livanın cənubunda təcili yardım əməkdaşlarını yaralayıb

    23 İyul 2026 20:46

    Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyat ehtimalını nəzərdən keçirdiyini bildirib

    23 İyul 2026 20:44

    Böyük Britaniyada 70-dən çox deputat Baş naziri Qəzza ilə bağlı tədbirlər görməyə çağırıb

    23 İyul 2026 20:01

    İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatları davam etdirir

    23 İyul 2026 19:59

    4 200-dən çox israilli Əl-Əqsa məscidi kompleksinə daxil olub

    23 İyul 2026 19:33

    HƏMAS Nablus yaxınlığındakı hücumla bağlı bəyanat yayıb

    23 İyul 2026 19:27

    İordan çayının qərb sahilində gərginlik davam edir

    23 İyul 2026 19:23

    İsrail ordusu Beyt Furik kəndini bağladığını açıqlayıb

    23 İyul 2026 18:15

    Bab əl-Məndəbdə gərginlik: İran–ABŞ qarşıdurması davam edir

    23 İyul 2026 16:49

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    23 İyul 2026 11:08

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    22 İyul 2026 19:26
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 24 İyul

    Süni intellekt infrastrukturu ilə bağlı ictimai narahatlıqlar nəzərə alınır - Blackstone rəhbəri

    Küveyt ordusu sərhədlərin qorunması üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb

    Kanada bazarlarında iqtisadi nikbinlik güclənir

    ABŞ Rusiyanın İrana mümkün kəşfiyyat dəstəyini araşdırır

    Almaniyada hökumətdə kadr dəyişiklikləri gözlənilir

    Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib

    ABŞ Konqresində Trampın İran siyasəti ilə bağlı fikir ayrılığı yaranıb

    Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - BMT Baş katibi

    Cəbrayılda mina partlayışı baş verib, bir nəfər xəsarət alıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.