Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Livan rəhbərliyi ilə Hizbullah arasında “silah” mövzusunda səmimi, lakin nəticəsiz görüş

    2 Avqust 2025 09:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Livan rəhbərliyi ilə Hizbullah arasında “silah” mövzusunda səmimi, lakin nəticəsiz görüş
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Hizbullah Livan prezidenti Cozef Aunla görüşdə təşkilatın silahsızlaşdırılması məsələsinə dair narahatlıqlarını açıq şəkildə dilə gətirib. AzerVoice xəbər verir ki, görüş Hizbullahın parlament fraksiyasının rəhbəri, millət vəkili Məhəmməd Raadın prezident sarayına etdiyi səfər zamanı baş tutub. Səfər prezident Aunun “yalnız rəsmi orqanların silaha sahib olacağı” yönündəki sərt çıxışından bir neçə saat sonra reallaşıb. Qeyd edək ki, yaxın günlərdə hökumət bu məsələni müzakirəyə çıxarmağa hazırlaşır.

    Livan prezidentliyindən görüşlə bağlı rəsmi açıqlama verilməsə də, Hizbullahın media orqanları görüşün “bir sıra məsələlər üzrə açıq dialoq formatında keçdiyini” və “ümumilikdə müsbət atmosferdə” baş tutduğunu bildirib. Bildirilir ki, sonrakı günlərdə bu prosesin konturları daha da aydınlaşacaq.

    Hizbullah və Livan ordusu arasında qarşıdırma qaçınılmazdır

    Livan prezidenti Cozef Aun cari ilin əvvəlində etdiyi açılış nitqində dövlətin silahlı güc üzərində inhisarını bərpa etməli olduğunu vurğulamışdı. Aun, 31 iyul tarixində isə bu çağırışı daha da sərtləşdirərək, bütün silahlı qüvvələrin, o cümlədən Hizbullahın silahlarının Livan ordusuna təhvil verilməsini tələb etdi. Bu mövqe beynəlxalq aləmdə – xüsusilə ABŞ, Fransa və Səudiyyə Ərəbistanı başda olmaqla Körfəz ölkələri tərəfindən müsbət qarşılanıb, lakin əsas şərt bir daha xatırladılıb: Livan hökuməti Hizbullah silahlarına dair konkret bir plan təqdim etməyincə, nə iqtisadi yardım, nə də cənub bölgəsinin yenidən qurulması reallaşacaq.

    Görüşdə hər hansı konkret razılaşmanın əldə edilmədiyi, lakin mövzunun geniş və davamlı prezident dialoqu çərçivəsində müzakirə olunacağını qeyd edilir. Bu isə prezident Aun, parlament sədri Nəbih Bərri və baş nazir Nəvvaf Salam arasında daha dərin siyasi təmasların davam edəcəyinə işarədir.

    Hazırda Livanda ölkənin daxili sabitliyini təhlükəyə atmadan qəbul oluna biləcək ortaq formulların axtarışı davam edir. Gözləntilərə görə, yaxın günlərdə bu istiqamətdə konkret təkliflər masaya qoyulacaq.

    #Livan #Hizbullah və Livan siyasəti #Livan siyasəti #Livan Baş naziri #Livan vətəndaş müharibəsi #Suriya rejiminin Livandakı rolu #İsrail və Hizbullah müharibəsi #Hizbullahın Livandakı rolu #Hizbullah və Qəzza həmrəyliyi #Hizbullah və İran #Hizbullah Briqadaları İraq #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrail qüvvələrinin Livanın cənubunda yanğınlar törətdiyi bildirilir

    29 Avqust 2026 18:08

    İsrailin mövqeyi Cənubi Livanda həll prosesini dalana dirəyir

    29 Avqust 2026 12:06

    Livanın cənubunda bir həftədə 1030 mərmi uçuşu qeydə alınıb - BMT

    28 Avqust 2026 20:40

    İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır

    28 Avqust 2026 18:12

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    27 Avqust 2026 19:54

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    İsrail ordusu Livanın cənubunda Hizbullahın pilotsuz uçuş aparatını vurduğunu bildirib

    27 Avqust 2026 18:16

    İsrail qüvvələri Livanın cənubuna yeni hücumlar həyata keçirib

    26 Avqust 2026 18:26
    XƏBƏR LENTİ

    ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.