Livan prezidenti Cozef Aun BMT qüvvələrinin ölkənin cənubunda fəaliyyətinin davam etdirilməsini dəstəkləyib. O, beynəlxalq qüvvələrin mandatının uzadılması ilə bağlı parlament təşəbbüsünü müsbət qiymətləndirib. Aun bildirib ki, BMT qüvvələrinin Cənubi Livanda mövcudluğu bölgədə sabitliyin qorunması baxımından mühümdür. Onun sözlərinə görə, beynəlxalq qüvvələr Livan ordusu ilə əməkdaşlıq və koordinasiya şəraitində fəaliyyət göstərməlidir. Prezident mandatın uzadılmasını Livanın əsas seçimi kimi təqdim edib. Əgər mandat uzadılmasa, beynəlxalq qüvvələrin bölgədə fəaliyyətini davam etdirməsini təmin edən hüquqi mexanizmin qəbul edilməsi təklif olunur. Aun İsrailin BMT qüvvələrinin Livandan çıxarılmasını istədiyini bildirib. Livan isə beynəlxalq qüvvələrin ölkənin cənubunda fəaliyyətini davam etdirməsinə tərəfdardır.
#Livan siyasəti
Livan Prezidenti Cozef Aun İsraillə danışıqlar aparmaq qərarını müdafiə edərək bu siyasətdən geri çəkilməyəcəyini açıqlayıb. O bildirib ki, hökumətin mövqeyi Livanın milli maraqları və suverenliyinin qorunması prinsiplərinə əsaslanır. Aun qeyd edib ki, danışıqlar prosesinin məqsədi Livan xalqına aydın şəkildə izah edilməli və atılan addımlar şəffaf olmalıdır. ABŞ vasitəçiliyi ilə İsrail və Livan arasında əldə olunan çərçivə razılaşması ölkə daxilində ciddi müzakirələrə səbəb olub. Razılaşmanın tərəfdarları onun gərginliyin azaldılmasına kömək edə biləcəyini düşünürlər. Tənqidçilər isə sənədin Livanın İsrail qarşısında mövqeyini zəiflədə biləcəyini iddia edirlər. Prezident Aunun açıqlaması Livanda İsraillə münasibətlər və təhlükəsizlik siyasəti ətrafında davam edən siyasi mübahisələr fonunda verilib.
ABŞ-da səfir səviyyəsində keçirilən iki raund görüşdə İsrail və Livanın Vaşinqtondakı səfirləri, eləcə də amerikalı siyasətçilər iştirak edib. Görüşlərin məqsədi gələcəkdə birbaşa danışıqlara zəmin yaratmaq kimi qiymətləndirilir.
İsrail hərbi təyyarələrinin Livanın cənubunda yerləşən Nəbatiyə şəhərinə bağlı Cəbşit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində 6 nəfər həyatını itirib. Ölənlərdən 4-nün eyni ailənin üzvləri olduğu bildirilir. Livanın rəsmi xəbər agentliyi NNA-nın yaydığı məlumata görə, İsrail hərbi təyyarələri Cəbşit qəsəbəsində bir neçə hava hücumu həyata keçirib. Hücum nəticəsində 6 nəfər həlak olub, onlardan 4-ü eyni ailənin üzvləri olub. Bildirilir ki, İsrail təyyarələri səhər saatlarında qəsəbədə başqa bir yaşayış evini də hədəfə alıb. Hücum nəticəsində həmin ev tamamilə dağılıb.
Livan Silahlı Qüvvələrinin komandanı general Rodolf Haykal fevralın əvvəlində Vaşinqtona rəsmi səfər edəcək. Ötən ilin noyabrında ABŞ tərəfindən təxirə salınan bu səfər Livan ordusunun silahlanması və regional təhlükəsizlik məsələləri baxımından mühüm əhəmiyyət kəsb edir. Fevralın 3-dən 5-dək davam edəcək görüşlərin gündəliyinə Livan ordusunun ehtiyacları, iki ölkə arasındakı hərbi əməkdaşlığın genişləndirilməsi və Vaşinqtonun Beyruta davamlı hərbi dəstəyi daxil edilib.
İsrail döyüş təyyarələri Livanın cənubunda bir neçə ərazini hədəf alıb. Məlumata görə, İsrail 27 noyabr 2024-cü ildə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq Livana qarşı hücumlarını davam etdirir. İsrail təyyarələri cənubdakı Ansar və Zarariye qəsəbələri arasındakı bölgə ilə yanaşı Ukmata Obası, Reyhan bölgəsi və Kıferva ilə İzze qəsəbələri arasındakı əraziləri hədəf alıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə hücumdan sonra bəzi hədəflərdən dumanların yüksəldiyi müşahidə olunub.
Livan Prezidenti Cozef Aun parlament seçkilərinin konstitusion öhdəlik olduğunu və müəyyən olunmuş vaxtda keçirilməli olduğunu bir daha bəyan edib. Livanın Prezident Aun Baş nazir Nəvaf Salam və Parlament sədri Nəbi Berri ilə birlikdə seçkilərin planlaşdırıldığı kimi keçirilməsində qətiyyətli olduqlarını bildirib. Prezident Aun eyni zamanda müharibə riskinin qarşısını almaq məqsədilə diplomatik səylərin fasiləsiz davam etdiyini vurğulayaraq, vəziyyətin müsbət istiqamətdə inkişaf etdiyini qeyd edib. Parlament sədri Nəbi Berrinin də seçkilərin vaxtında keçiriləcəyini təsdiqlədiyi, bu prosesdə heç bir gecikmə və ya uzadılmanın olmayacağını bildirdiyi qeyd olunub.
Livan Səhiyyə Nazirliyi İsrailin 27 noyabr 2024-cü ildə yürürlüğə girən atəşkəs müqaviləsini pozaraq həyata keçirdiyi hücumlarda 335 nəfərin öldüyünü, 973 nəfərin isə yaralandığını açıqlayıb. İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) ölkənin cənubunda Mansuri, Mecdel Zun və Zıbkin bölgələrinin üzərində aşağı irtifada uçuşlar həyata keçirib. Həmçinin bir PUA gecə saatlarında Hola qəsəbəsində bir evin üzərinə bomba atıb; hadisədə ölən və yaralanan olmasa da, maddi ziyan meydana gəlib.
Bu məsələ İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Beyrut səfəri çərçivəsində keçirdiyi görüşlərdə də gündəmə gəlib. Laricani Hizbullahın sabiq baş katibləri Həsən Nəsrullah və Haşim Səfiəddinin qətlinin ildönümü mərasimlərinə qatılmaq üçün ölkəyə gəlmişdi.
Bu gün Livan hakimiyyəti fələstinli qaçqın düşərgələrindəki silahların təhvil alınmasına başlayır. Bu addım təxminən üç ay əvvəl tərəflər arasında razılaşdırılmış planın birinci mərhələsinin icrası çərçivəsində, həm də Beyrutun silahların yalnız dövlətin nəzarətində cəmləşdirilməsi istiqamətindəki səylərinin bir hissəsi olaraq həyata keçirilir.
Onların çoxu Hizbullah tərəfdarlarıdır; üzərlərində İran bayraqları və sarı rəmzlər daşıyaraq, “Şiə, Şiə, Şiə” şüarını üç dəfə təkrarlayaraq yürüşlər keçiriblər. Aksiyalar, hökumətin ayın sonuna qədər Hizbullahın silahlarının toplanmasına dair orduya tapşırıq verməsi qərarına etiraz olaraq təşkil edilib.
Livanın ədliyyə naziri Adil Nəssar, silahlarını təhvil verməkdən imtina edən Hizbullaha xəbərdarlıq edib. Nəssar açıqlamasında bəzi şəxslərin silahı müdafiə adı ilə Livanı məhv etməklə hədələməsinin, “bu silahlar guya ölkəni qorumaq üçündür” iddiasını tamamilə aradan qaldırdığını bildirib.